Qaynar xətt:

(+99450) 247 90 86

Baş nazirin müavinlərinin sayı üç oldu

Baş nazirin müavinlərinin    sayı   üç     oldu

SİYASƏT

928

10.01.2025, 14:24

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə maliyyə naziri Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.

Oxu24.com   xəbər verir ki, bununla Baş nazirin müavinlərinin sayı 3-ə çatıb.

Belə ki, hazırda Baş nazir Əli Əsədovun birinci müavini vəzifəsini Yaqub Eyyubov tutur. O, 1999-cu ildə müavin, 2003-cü ildə isə birici müavin təyin edilib.

Baş nazirin müavini isə Şahin Mustafayevdir. 2008-ci ildən 2019-cu ilədək 3 müxtəlif nazirliyə rəhbərlik etmiş Şahin Mustafayev artıq 6-cı ildir ki, Nazirlər Kabinetində çalışır.