İlham Əliyev həmkarına məktub göndərdi
27 Avqust 2026, 11:37
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
618
08.01.2025, 14:46
“7 noyabr 2024-cü il tarixində “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı tərəfindən istismar olunan Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri Süveyş kanalı istiqamətindən Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərinə səfəri zamanı hava şəraitinin kəskinləşməsi nəticəsində Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib”.
Oxu24.com xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.
O, bildirib ki, keçid zamanı Eritreya Dövlətinin liman qurumları ilə əvvəlcədən əlaqə saxlanılsa da, məlumat vermək mümkün olmadığından, dövlətin 12 millik ərazi sularına giriş olunduqdan sonra Eritreya Dövlətinin müvafiq qurumu tərəfindən girişin icazəsiz olduğu vurğulanaraq, sözügedən gəmilər saxlanılıb: “Adları qeyd olunan gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşlarıdır.
Baş vermiş hadisə ilə bağlı ilkin məlumatlar 07.11.2024-cü il tarixində işçi qaydada Xarici İşlər Nazirliyinə daxil olduqdan sonra, tərəfimizdən hadisəyə dərhal reaksiya verilərək məsələ nəzarətə götürülüb.
Zəruri tədbirlərin görülməsi məqsədilə, Eritreya Dövlətinin ərazi sularına girişin beynəlxalq hüquq normaları ziddiyyət təşkil etmədiyinə dair hüquqi əsaslandırma Efiopiya Federativ Demokratik Respublikasında və Rusiya Federasiyasındakı səfirliklərimiz vasitəsilə Eritreya tərəfinə müvafiq nota vasitəsilə çatdırılıb. Eritreya XİN-də, Eritreyanın Türkiyə və Moskvadakı səfirliklərində müvafiq görüşlər keçirilib.
Məsələnin həlli, gəmilərin və heyətin sərbəst buraxılması, eləcə də zəruri konsulluq hüquqi yardımların göstərilməsi məqsədilə müvafiq iş davam etdirilir”.
13:51 / 27 Avqust 2026
6
13:45 / 27 Avqust 2026
19
13:34 / 27 Avqust 2026
40
13:30 / 27 Avqust 2026
42
13:19 / 27 Avqust 2026
36
13:10 / 27 Avqust 2026
47
12:54 / 27 Avqust 2026
54
12:51 / 27 Avqust 2026
54
12:35 / 27 Avqust 2026
169
12:31 / 27 Avqust 2026
57
12:27 / 27 Avqust 2026
932
12:13 / 27 Avqust 2026
105
12:07 / 27 Avqust 2026
54
12:01 / 27 Avqust 2026
56
11:48 / 27 Avqust 2026
302
11:39 / 27 Avqust 2026
52
11:37 / 27 Avqust 2026
59
11:33 / 27 Avqust 2026
64
11:29 / 27 Avqust 2026
67
11:28 / 27 Avqust 2026
67
11:16 / 27 Avqust 2026
69
10:54 / 27 Avqust 2026
311
10:50 / 27 Avqust 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.