Azərbaycanın taleyini dəyişmiş böyük dövlət xadimi
12 Dekabr 2025, 11:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
836
25.12.2024, 11:50
BMT Baş Assambleyası 24 dekabr 2024-cü ildə “Kibercinayətkarlığa qarşı BMT Konvensiyası”nı qəbul edib.
Oxu24.com xəbər verir ki, bu, kibercinayətkarlıqla mübarizə aparmaq və cəmiyyətləri rəqəmsal təhdidlərdən qorumaq məqsədi daşıyan əlamətdar qlobal müqavilədir.
Hüquqi cəhətdən məcburi olan Konvensiya BMT-yə üzv dövlətlərin beşillik səylərinin nəticəsi olaraq qəbul edilib. Bu prosesdə habelə vətəndaş cəmiyyətləri, informasiya təhlükəsizliyi mütəxəssisləri, akademiklər və özəl sektor nümayəndələri iştirak ediblər.
BMT-nin Baş katibi Antonio Quterreş Konvensiyanın qəbul edilməsini alqışlayaraq Konvensiyanın “son 20 ildə müzakirə edilən ilk beynəlxalq cinayət ədaləti müqaviləsi” olduğunu qeyd edib.
Baş katib bildirib ki, “yeni müqavilə təhlükəsiz kiberməkanın təşviqinə xidmət edəcək və bütün dövlətləri Konvensiyaya qoşulmağa və onu müvafiq maraqlı tərəflərlə əməkdaşlıq şəklində həyata keçirməyə çağırır.”
Həmçinin oxuyun
Qeyd edək ki, Beynəlxalq Konvensiyanın hazırlanması üzrə “Ad Hoc” Komitənin bu il BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında keçirilmiş yekun sessiyasında ölkəmizi Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Xarici İşlər Nazirliyinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti təmsil edib.
Ötən müddət ərzində Azərbaycan nümayəndə heyəti informasiya və kommunikasiya texnologiyaları vasitəsilə törədilən cinayət əməllərinin kriminallaşdırılması, beynəlxalq hüquqi və texniki yardım öhdəlikləri, elektron sübutların mühafizəsi, toplanılması və təqdim olunmasına dair beynəlxalq əməkdaşlıqla bağlı prinsipial hesab edilən məsələlərə dair müvafiq təkliflər verib və Komitə tərəfindən Azərbaycan tərəfinin təqdim etdiyi bütün təkliflər qəbul edilərək yekun Konvensiya layihəsinin mətnində öz əksini tapıb.
Kibercinayətkarlığa qarşı BMT Konvensiyası yeni əsrin konvensiyası hesab edilir.
00:04 / 14 Dekabr 2025
19
23:47 / 13 Dekabr 2025
365
23:44 / 13 Dekabr 2025
24
23:30 / 13 Dekabr 2025
31
22:45 / 13 Dekabr 2025
197
22:30 / 13 Dekabr 2025
81
22:28 / 13 Dekabr 2025
92
22:22 / 13 Dekabr 2025
91
22:11 / 13 Dekabr 2025
189
21:58 / 13 Dekabr 2025
356
21:34 / 13 Dekabr 2025
923
21:21 / 13 Dekabr 2025
73
21:19 / 13 Dekabr 2025
97
21:15 / 13 Dekabr 2025
70
21:02 / 13 Dekabr 2025
65
20:49 / 13 Dekabr 2025
342
20:44 / 13 Dekabr 2025
85
20:36 / 13 Dekabr 2025
72
20:26 / 13 Dekabr 2025
71
20:01 / 13 Dekabr 2025
270
19:53 / 13 Dekabr 2025
89
19:21 / 13 Dekabr 2025
617
19:16 / 13 Dekabr 2025
118
18:32 / 13 Dekabr 2025
1036
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.