Azərbaycan Polşaya nota verdi: Səfir XİN-ə çağırıldı
28 Avqust 2026, 22:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
651
20.12.2024, 14:07
Azərbaycan Milli Məclisinin bir sıra deputatları önümüzdəki günlərdə Suriya ilə bağlı məsələləri müzakirə etmək üçün Türkiyəyə gedəcək.
Bu barədə Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib.
"Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin başqanı Numan Kurtulmuş birgə mətbuat konfransı keçiriblər. Orada bir sıra vacib məslələrə toxunuldu. O cümlədən Suriyadakı məsələlərlə bağlı Azərbaycanın Türkiyənin yanında olacağı vurğulandı. Bu, çox önəmli bir ifadədir. Qarşıdakı vaxtlarda Azərbaycandan bir heyət bu mövzular barədə danışmaq üçün Türkiyəyə gələcək".
Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət Türkiyə və Azərbaycan rəsmiləri arasında bir neçə dəfə müzakirə olunub. Türkiyə Suriyada sabitliyin və ərazi bütövlüyünün qorunub saxlanmasına böyük önəm verir. Həm Ankara, həm də Bakı hesab edir ki, Suriyada sabitliyin bərpa olunması bütün regionun sabitliyinə və təhlükəsizliyinə xidmət edəcək.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 10-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı da Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstək ifadə edilib.
Prezident İlham Əliyev Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğu bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan bütün sahələrdə olduğu kimi, Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.
23:54 / 28 Avqust 2026
11
23:28 / 28 Avqust 2026
40
23:11 / 28 Avqust 2026
48
22:56 / 28 Avqust 2026
53
22:32 / 28 Avqust 2026
58
22:12 / 28 Avqust 2026
61
21:45 / 28 Avqust 2026
62
21:09 / 28 Avqust 2026
77
20:50 / 28 Avqust 2026
94
20:40 / 28 Avqust 2026
100
20:07 / 28 Avqust 2026
83
19:53 / 28 Avqust 2026
110
19:29 / 28 Avqust 2026
84
19:26 / 28 Avqust 2026
322
19:16 / 28 Avqust 2026
424
19:09 / 28 Avqust 2026
86
18:47 / 28 Avqust 2026
96
18:30 / 28 Avqust 2026
97
18:21 / 28 Avqust 2026
585
18:10 / 28 Avqust 2026
74
18:00 / 28 Avqust 2026
80
17:59 / 28 Avqust 2026
105
17:40 / 28 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.