Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1260
az

Növbə rayonlara çatdı: hansı başçılar gedəcək? – Millət vəkili

14:4501 May, 2018
1894
  • A
  Idarəçilik strukturunda rayon, şəhər icra hakimiyyəti başçıları mühüm yer tutur.

Bu sözləri Oxu24.com-a açıqlamasında millət vəkili Fəzail Ağamalı struktur və kadr islahatları ilə bağlı danışarkən deyib. O bildirib ki, ayrı-ayrı nazirliklərin, komitələrin rəhbərlərinə nisbətən icra başçıları əhali ilə daha sıx təmasda olurlar:

“Onların arasında öz işini yüksək səviyyədə quran, ölkə prezidentinin siyasətini istisnasız olaraq həyata keçirən, xalqına xidmət etməyi özünə şərəf bilən icra başçıları kifayət qədərdir. Bunlar idarəçilik sistemində nəinki xalqla dövlət, hakimiyyət arasında problemlər yaratmırlar, həmçinin, münasibətlərin ən yüksək səviyyədə qurulmasına şərait yaradırlar. Təbii, elə icra başçıları da var ki, bu keyfiyyətlərdən məhrumdurlar. Əminəm ki, cənab prezidentin bu barədə yetərincə məlumatı var və icra başçılarının arasında da yenilənmələr olacaq”.

Deputatın fikrincə, yenilənmə zamanı təyinatların sırf gənclər arasından olması mütləq şərt deyil:

"Şübhə etmirəm ki, idarəetmə sahəsində yetərincə təcrübəsi olan gənclərə üstünlük veriləcək. Çünki, bayaq da qeyd etdik ki, icra hakimiyyətləri yerlərdə əhali ilə ən çox işləyən dövlət qurumlarıdır. Onların rəhbəri olan şəxslərin insanlarla işləmək bacarığı, idarəçilik təcrübəsi, siyasi proseslərdən baş çıxarmaq qabiliyyəti olmalıdır. Cənab prezidentin təyinatlarında həmişə bu keyfiyyətləri özündə əks etdirən kadrlara üstünlük verilir. Əminəm ki, icra başçıları arasında yenilənmə zamanı da bu prinsiplərə əməl olunacaq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident Rüfət Əzizova yüksək     vəzifə       verdi
Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb