"Cəza siyasətində mülayimlik güclənir" - Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Orucdan AÇIQLAMA
15 Dekabr 2025, 20:54
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
462
13.12.2024, 16:12
Prezident İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Oxu24.com xəbər verir ki, dəyişiklikdə deyilir
"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94 cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (I kitab), maddə 202 (Cild I); 2024, № 1, maddə 18, № 2, maddə 135, № 4, maddə 362, № 5 (I kitab), maddələr 487, 489, 492, 503, № 7, maddələr 750, 768, 771, 772) aşağıdakı dəyişikliklər edilsin:
1. 43.1-ci maddəyə “211.1,” rəqəmlərindən sonra “212.4-1,” rəqəmləri, “264.0.5,” rəqəmlərindən sonra “266.3-1,” rəqəmləri əlavə edilsin.
2. 212-ci maddə üzrə:
2.1. 212.4-cü maddənin sanksiyasında “əlli” sözü “üç yüz” sözləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 212.4-1-ci maddə əlavə edilsin:
“212.4-1. Bu Məcəllənin 212.4-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
yeddi yüz manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur.”.
3. 266-cı maddə üzrə:
3.1. 266.3-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilsin:
“fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir.”;
3.2. aşağıdakı məzmunda 266.3-1-ci və 266.4-1-ci maddələr əlavə edilsin:
“266.3-1. Bu Məcəllənin 266.3-cü maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə –
fiziki şəxslər min manat məbləğində, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, altmış saatdan yüz saatadək ictimai işlər tətbiq olunur, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.”;
Həmçinin oxuyun
“266.4-1. Məişət tullantılarının buna cavabdeh şəxslər tərəfindən vaxtında xüsusi ayrılmış ərazilərə daşınmamasına görə –
vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.”.
4. 301.2-ci maddənin dispozisiyasında “zibil” sözü “tullantı” sözü ilə, sanksiyasında isə “otuz” sözü “beş yüz” sözləri ilə əvəz edilsin.
5. 306-cı maddə üzrə:
5.1. 306.1-ci maddənin dispozisiyasında “vestibüllərini, keçidlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə” sözləri “vestibüllərinə, keçidlərinə və platformalarına, habelə eskalatora və vaqonların salonuna tullantı atmağa” sözləri ilə, sanksiyasında isə “on beş” sözləri “iki yüz” sözləri ilə əvəz edilsin;
5.2. 306.3-cü maddənin sanksiyasında “otuz” sözü “iki yüz” sözləri ilə əvəz edilsin.
6. 308.2-ci maddənin dispozisiyasında “zibil” sözü “tullantı” sözü ilə, sanksiyasında isə “otuz” sözü “üç yüz” sözləri ilə əvəz edilsin.
7. 327.1-ci maddənin dispozisiyasından “, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına” sözləri çıxarılsın.
8. 338.3-cü maddənin dispozisiyasından “, nəqliyyat vasitəsindən bayıra hər hansı əşya atılmasına” sözləri çıxarılsın.
9. 352-ci maddə üzrə:
9.1. 352.0, 352.0.1 – 352.0.12-ci maddələr müvafiq olaraq 352.1, 352.1.1 – 352.1.12-ci maddələr hesab edilsin və 352.1.2-ci maddənin dispozisiyasından “zibillənməsinə, yaxud” və “zibil və” sözləri çıxarılsın;
9.2. 352.1.3-cü maddəyə “aparılmasına” sözündən sonra “, yaxud məişət tullantılarının daşınması zamanı belə tullantıların və ya tullantıdan ayrılan mayenin ətrafa tökülməsinə” sözləri əlavə edilsin;
9.3. aşağıdakı məzmunda 352.2-ci maddə əlavə edilsin:
“352.2. Yollara və ya yol qurğularına tullantı və ya nəqliyyat vasitələrindən bayıra hər hansı əşya atılmasına görə –
fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir”.
23:02 / 15 Dekabr 2025
4
22:54 / 15 Dekabr 2025
14
22:49 / 15 Dekabr 2025
18
22:48 / 15 Dekabr 2025
19
22:31 / 15 Dekabr 2025
35
22:27 / 15 Dekabr 2025
29
22:09 / 15 Dekabr 2025
165
21:59 / 15 Dekabr 2025
41
21:45 / 15 Dekabr 2025
59
21:10 / 15 Dekabr 2025
1391
20:54 / 15 Dekabr 2025
85
20:38 / 15 Dekabr 2025
1095
20:16 / 15 Dekabr 2025
62
19:46 / 15 Dekabr 2025
155
19:15 / 15 Dekabr 2025
607
18:43 / 15 Dekabr 2025
587
18:36 / 15 Dekabr 2025
74
17:51 / 15 Dekabr 2025
96
17:37 / 15 Dekabr 2025
851
17:14 / 15 Dekabr 2025
106
17:08 / 15 Dekabr 2025
100
16:59 / 15 Dekabr 2025
219
16:49 / 15 Dekabr 2025
890
16:40 / 15 Dekabr 2025
213
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.