Avstriya Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb
26 May 2026, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
448
12.12.2024, 09:00
SEPAH-ın Qüds qüvvələrinin 6 yüksək rütbəli zabiti, bir diplomat və 3 iranlı podratçı ABŞ-ın Beyrutdakı səfirliyinə sığınıb.
OXU24.COM xəbər verir ki, bu sensasion məlumatı Kanal 1 İranın Beyrutdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Əhməd Bəşrətə istinadla yayıb.
Qüds Korpusuna bağlı "Nab Cihadi" Teleqram kanalı isə yazıb: "Bu xəbərin doğru olub-olmadığını bilmirik, amma etibarlı kanallarımızda dərc olunub! Nə üçün SEPAH-ın 6 hərbi müşaviri İrana qayıda bilmir? Pasport problemi, yoxsa?..
Bir tərəfdən bir çox marşrutun bağlanması, uçuş icazəsinin olmaması, digər tərəfdən İsraildən gələn təhdidlər səbəbindən bu cür işlər çoxlu risklərlə müşayiət olunur.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasının 6 hərbi müşaviri, bir diplomat və 3 podratçının ölkəyə qayıtmaması ilə bağlı məsələ logistik deyil. Bu, bir tərəfdən Beyrutdakı xarici səfirliyin fitnəsi, digər tərəfdən şəxsi vəsvəsələridir.
Beyrutdakı müvəqqəti iqamətgaha çatdıqdan sonra bu qrup gecə yarısı oranı tərk edib və İran səfirliyinin üzvləri onların ABŞ səfirliyinə getdiklərini öyrənənə qədər 48 saat vaxt keçib.
Amerikalılar Livan Xarici İşlər Nazirliyinə bildiriblər ki, bu insanlar özləri İrana qayıtmamağı xahiş ediblər və ABŞ və ya Qərb ölkələrindən sığınacaq istəyiblər.
Amerika səfirliyinin rəsmisi iddia edib ki, briqada generalı rütbəli bu müşavirlərdən biri İran daxilində gizli hərbi yerlər barədə konkret məlumat müqabilində sığınacaq almağa zəmanət istəyib.
Təbii ki, Amerikanın bu iddiasının nə dərəcədə doğru olduğu bəlli deyil və bizim şübhəmiz odur ki, Suriya və Livandakı xaosun ortasında Amerika xüsusi xidmət orqanları bu insanları oğurlayıblar”.
00:25 / 27 May 2026
68
00:19 / 27 May 2026
199
00:19 / 27 May 2026
66
00:17 / 27 May 2026
57
00:08 / 27 May 2026
148
00:01 / 27 May 2026
167
23:59 / 26 May 2026
147
23:56 / 26 May 2026
48
23:55 / 26 May 2026
46
23:48 / 26 May 2026
355
23:47 / 26 May 2026
53
23:40 / 26 May 2026
62
23:29 / 26 May 2026
177
23:27 / 26 May 2026
186
23:22 / 26 May 2026
159
23:18 / 26 May 2026
169
23:15 / 26 May 2026
69
23:13 / 26 May 2026
139
23:02 / 26 May 2026
168
22:58 / 26 May 2026
317
22:49 / 26 May 2026
67
22:45 / 26 May 2026
683
22:41 / 26 May 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.