Zelenski: Putin Trampı məyus etmək istəmir
07 Sentyabr 2026, 23:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
235
13.09.2024, 15:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də texnologiya sektorunda alternativ investisiyaların idarə edilməsi üzrə fəaliyyət göstərən ən nüfuzlu investisiya şirkətlərindən biri olan “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktoru Robert Smiti qəbul edib.
Oxu24.com xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın qabaqcıl maliyyə qurumlarından biri olan “Vista Equity Partners” şirkəti ilə uğurlu əməkdaşlığını müsbət qiymətləndirərək, tərəfdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu bildirdi. Dövlət Neft Fondunun fəaliyyətinin daim genişləndiyini qeyd edən Azərbaycan Prezidenti Fondun aktivlərinin qeyri-sabit maliyyə bazarları mühitində də artdığını vurğuladı.
Robert Smit Azərbaycanın investisiya potensialını yüksək qiymətləndirdiyini deyərək, ölkəmizlə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd etdi. Qonaq Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uzunmüddətli və uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirərək, bu əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün böyük önəm daşıdığını dedi və gələcəkdə mövcud münasibətlərin daha da möhkəmlənəcəyinə inamını ifadə etdi.
Qeyd edək ki, 2000-ci ildə ABŞ-də təsis olunmuş və mərkəzi ofisi Texas ştatının Ostin şəhərində yerləşən “Vista Equity Partners” şirkətinin, həmçinin Nyu-York, San Fransisko, Çikaqo və Çin Xalq Respublikasının Honq-Konq şəhərində ofisləri mövcuddur. Şirkətin özəl səhmlər və özəl kredit fondlarında idarə etdiyi aktivlərin toplam dəyəri 100 milyard ABŞ dolları təşkil edir. “Vista Equity Partners” 24 illik tarixi ərzində 275 milyard dollar dəyərində 585-dən çox investisiya layihəsi həyata keçirib.
*** 14:31
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktoru Robert Smiti qəbul edib.
Oxu24.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
00:20 / 08 Sentyabr 2026
31
00:18 / 08 Sentyabr 2026
303
00:08 / 08 Sentyabr 2026
72
23:59 / 07 Sentyabr 2026
46
23:36 / 07 Sentyabr 2026
129
23:26 / 07 Sentyabr 2026
54
23:22 / 07 Sentyabr 2026
1039
23:16 / 07 Sentyabr 2026
63
23:14 / 07 Sentyabr 2026
187
23:09 / 07 Sentyabr 2026
46
22:44 / 07 Sentyabr 2026
72
22:09 / 07 Sentyabr 2026
82
21:59 / 07 Sentyabr 2026
76
21:45 / 07 Sentyabr 2026
63
21:30 / 07 Sentyabr 2026
56
21:23 / 07 Sentyabr 2026
72
21:03 / 07 Sentyabr 2026
60
20:58 / 07 Sentyabr 2026
67
20:54 / 07 Sentyabr 2026
63
19:54 / 07 Sentyabr 2026
80
19:50 / 07 Sentyabr 2026
810
19:48 / 07 Sentyabr 2026
151
19:45 / 07 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.