Zelenski: Putin Trampı məyus etmək istəmir
07 Sentyabr 2026, 23:09
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
266
12.09.2024, 10:00
Vatikan şəhəri dövləti üzrə qubernatorluğu ilə Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında (Basilica of Saint Paul Outside the Walls) bərpa işlərinə dair müqavilə imzalanıb.
Oxu24.com xəbər verir ki, sənədi Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa imzalayıblar.
Vatikana səfər çərçivəsində eyni zamanda Vatikan şəhəri dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa və bir sıra digər rəsmi şəxslərlə görüş keçirilib. Görüşdə Azərbaycanla Müqəddəs Taxt-Tac arasında əlaqələr, Heydər Əliyev Fondu ilə birgə layihələr müzakirə olunub.
Qeyd edək ki, ötən müddətdə Heydər Əliyev Fondu Vatikanda bir sıra bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpasına, mədəni irsin qorunması sahəsində işlərə öz töhfəsini verib.
Daha sonra Azərbaycan nümayəndə heyəti Müqəddəs Pavel Bazilikasını ziyarət edib.
Müqəddəs Pavel Bazilikası Vatikanın ən böyük abidələrindəndir və 1980-ci ildən UNESCO-nun Ümumdünya İrs Siyahısına daxildir. 2025-ci ildə Vatikanda hər 25 ildən bir təşkil olunan Müqəddəs Yubiley İli çərçivəsində 30 milyondan çox katolik zəvvarın bu kilsəni ziyarət etməsi gözlənilir. Bərpa işləri, ilk növbədə, 2025-ci ildə keçiriləcək Müqəddəs Yubiley İli zamanı ziyarətçilərin bu dini ocağa təhlükəsiz girişinin təmin edilməsi məqsədilə aparılır.
00:20 / 08 Sentyabr 2026
79
00:18 / 08 Sentyabr 2026
806
00:08 / 08 Sentyabr 2026
137
23:59 / 07 Sentyabr 2026
69
23:36 / 07 Sentyabr 2026
175
23:26 / 07 Sentyabr 2026
65
23:22 / 07 Sentyabr 2026
1915
23:16 / 07 Sentyabr 2026
83
23:14 / 07 Sentyabr 2026
294
23:09 / 07 Sentyabr 2026
56
22:44 / 07 Sentyabr 2026
88
22:09 / 07 Sentyabr 2026
108
21:59 / 07 Sentyabr 2026
91
21:45 / 07 Sentyabr 2026
71
21:30 / 07 Sentyabr 2026
61
21:23 / 07 Sentyabr 2026
116
21:03 / 07 Sentyabr 2026
68
20:58 / 07 Sentyabr 2026
74
20:54 / 07 Sentyabr 2026
71
19:54 / 07 Sentyabr 2026
92
19:50 / 07 Sentyabr 2026
1040
19:48 / 07 Sentyabr 2026
161
19:45 / 07 Sentyabr 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.