Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11685
az

Deputat və mer əlbəyaxa oldu - Paşinyan müdaxilə etdi

21:4905 Aprel, 2019
644
  • A
Ermənistanın baş naziri Nikol Paşinyan onun yanında söyüşərək əlbəyaxa olmaq istəyən mer və deputatı sakitləşdirməyə məcbur olub.

Oxu24.com erməni KİV-nə istinadla xəbər verir ki, Paşinyan ölkənin ikinci böyük şəhəri Gümrüdə jurnalistlərə müsahibə verərək yol tikintisinin yubadılması və bunun da sakinləri narahat etdiyini bildirib. Bu zaman Gümrü şəhərinin meri Samvel Balasanyan və deputat Sarik Minasyan arasında qızğın mübahisə yaranıb. Onlar bir-birini təhqir etməyə başlayıblar və əlbəyaxa dava-dalaşa cəhd ediblər. Baş nazirin bir neçə dəfə xəbərdarlıq etməsinə baxmayaraq, mer və deputat ona məhəl qoymayaraq söyüşləri və hədələri davam etdiriblər. Jurnalistlərin qarşısında bu biabırçı vəziyyətin davam etməsini görən Paşinyan deyib: ”Siz hələ küçə dava-dalaşına da başlamaq istəyirsiniz. Dərhal sakitləşin!”

Erməni mətbuatı yazır ki, baş nazirin əsəbi şəkildə irad bildirməsindən sonra mer və deputat ərazidən uzaqlaşdırılıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ölkə ÜST-dən çıxır
Rusiya bu halda nüvə silahından istifadə edəcək
Ərdoğan Ştaynmayerlə görüşdü - Foto

Arılar niyə sancdıqdan sonra ölür?

18+

ŞOK! Keçmiş meri və arvadını öldürüb zibilliyə atdılar - VİDEO
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Lotereya    oğruları     tutuldu