Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyevdən AzTV-nin keçmiş sədri ilə bağlı - SƏRƏNCAM

2019-04/1554379372_ilham-eliyev-nekroloq.jpg

SİYASƏT

780

04.04.2019, 16:01

\"\" Prezident İlham Əliyev Nizami Manaf oğlu Xudiyeva Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Qeyd edək ki, N.Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvanda anadan olub. 1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının, Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.