Ərdoğan Azərbaycanın yeni səfirini qəbul etdi - FOTO
08 Sentyabr 2026, 22:14
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
198
09.08.2024, 12:42
2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar “Seçki-2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb.
Oxu24.com xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov avqustun 9-da Müstəqil Media Mərkəzinə gəlib, Komissiya üzvləri və Katibliyin təmsilçilərinin də iştirakı ilə Mərkəzə baxış keçirilib.
Mərkəzdəki şəraitlə yaxından tanış olan M.Pənahov Müstəqil Media Mərkəzinin yaradılmasının uzun illərdir mütəmadi şəkildə reallaşdırılan və effektivliyi ilə öz təsdiqini tapmış uğurlu təcrübə olduğunu bildirib. O, yerli və beynəlxalq media nümayəndələrinin Milli Məclisə seçkilərlə bağlı azad, sərbəst və asanlıqla məlumat əldə edə bilmələrinin, eynilə digər seçki subyektlərinə də daha keyfiyyətli və səmərəli xidmət göstərilməsinin zəruriliyini diqqətə çatdırıb.
Qeyd edək ki, Müstəqil Media Mərkəzi qarşıdan gələn seçkiləri hərtərəfli, operativ və obyektiv işıqlandırmaqda, o cümlədən məlumatları almaqda və dərhal ictimailəşdirməkdə yerli və beynəlxalq media nümayəndələrinə yardımçı olacaq. Media mənsubları müasir informasiya-kommunikasiya texnologiyaları və zəruri texniki avadanlıqlarla tam təchiz olunan Mərkəzdən sərbəst istifadə edə bilərlər.
Müstəqil Media Mərkəzinin internet səhifəsi (www.secki-2024.az) Milli Məclisə seçkilərlə bağlı müntəzəm olaraq Azərbaycan, ingilis və rus dillərində ən son məlumatları təqdim edir.
Seçki prosesinə dair müxtəlif məsələlər barədə səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar dərhal ictimailəşdirilir, foto və video görüntülər paylaşılır.
23:59 / 08 Sentyabr 2026
124
23:39 / 08 Sentyabr 2026
101
23:29 / 08 Sentyabr 2026
56
23:16 / 08 Sentyabr 2026
71
22:46 / 08 Sentyabr 2026
98
22:34 / 08 Sentyabr 2026
64
22:14 / 08 Sentyabr 2026
69
22:00 / 08 Sentyabr 2026
80
21:43 / 08 Sentyabr 2026
62
21:32 / 08 Sentyabr 2026
73
21:25 / 08 Sentyabr 2026
338
21:19 / 08 Sentyabr 2026
76
21:01 / 08 Sentyabr 2026
73
21:00 / 08 Sentyabr 2026
97
21:00 / 08 Sentyabr 2026
63
20:50 / 08 Sentyabr 2026
73
20:48 / 08 Sentyabr 2026
69
20:40 / 08 Sentyabr 2026
64
20:39 / 08 Sentyabr 2026
89
20:25 / 08 Sentyabr 2026
278
20:23 / 08 Sentyabr 2026
65
20:20 / 08 Sentyabr 2026
67
20:10 / 08 Sentyabr 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.