Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
114556
az

YAP-ın deputatlığa namizədlərinin siyahısı açıqlandı - Yeni simalar

14:2117 İyul, 2024
45
SİYASƏT
  • A

İyulun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Oxu24.com xəbər verir ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib.

İclasda ilk olaraq Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədlərin irəli sürülməsi məsələsinə baxılıb.

Tahir Budaqov qeyd edib ki, Azərbaycan müasir dövlətçilik tarixinin mühüm nailiyyətlərlə zəngin olan şərəfli bir dönəminə uğurla yekun vuraraq yeni dövrə qədəm qoymuşdur: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində qazandığımız möhtəşəm qələbələr Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin, konstitusiya quruluşunun bərpasını və üçrəngli bayrağımızın işğaldan azad edilmiş bütün ərazilərimizdə ucaldılmasını təmin etmişdir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin ölkəmizin sosial-iqtisadi tərəqqisinə, hərbi gücünün və müdafiə qabiliyyətinin yüksəlməsinə, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, milli və regional təhlükəsizliyin təmin olunmasına hədəflənmiş uzaqgörən siyasəti sayəsində istər ölkə daxilində, istərsə də bütövlükdə bölgədə yeni reallıqlar yaranmış və ölkəmizin qarşısında yeni perspektivlər açılmışdır”.

YAP Sədrinin müavini vurğulayıb ki, 2024-cü ilin fevral ayında keçirilmiş Zəfər seçkisində xalqın mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevi dəstəkləməklə həyata keçirilən siyasətə, Heydər Əliyev yoluna dərin inamını bir daha nümayiş etdirmişdir: “Hazırda ölkəmiz daha bir mühüm ictimai-siyasi proses ərəfəsindədir. Müstəqillik tariximizdə ilk dəfə olaraq 2024-cü il sentyabrın 1-də ölkəmizin bütün ərazisində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcəkdir. Ölkəmizin siyasi sistemində aparıcı rola malik Yeni Azərbaycan Partiyası bu seçkilərə Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə qatılır”.

Sonra Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin siyahısı elan edilib və müzakirələrdən sonra təsdiq olunub.

YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri Hikmət Məmmədov, Tahir Mirkişili, Bahar Muradova, Anar İsgəndərov, Elmar Qasımov, Eldar İbrahimov, Azər Badamov və Kamal Cəfərov çıxış edərək bildiriblər ki, Azərbaycanın müasir dövlətçilik tarixinin olduqca mühüm bir dönəmində qarşıda duran strateji əhəmiyyətli hədəflərin reallaşdırılması üçün ölkənin ali qanunverici orqanı olan Milli Məclisin üzərinə də böyük vəzifələr düşür. Belə bir tarixi mərhələdə parlamentdə təmsilçiliyin şərəfli, eyni zamanda, məsuliyyətli olduğu vurğulanıb, göstərilən yüksək etimada görə Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.

Bundan sonra seçki komissiyalarının tərkibinə təklif olunan məşvərətçi səs hüquqlu üzvlər, seçki dairə və məntəqələrində səsvermə günü müşahidə aparacaq şəxslərlə bağlı məsələyə baxılıb və onların siyahıları təsdiq edilib.

İclasa yekun vuran YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov namizədlərə uğurlar arzulayaraq ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin onlara göstərdiyi yüksək etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəklərinə, yeni dövrdə qarşıda duran vəzifələrin icrası üçün var gücü ilə çalışacaqlarına əminliyini ifadə edib.

Tahir Budaqov qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu zamana qədər Azərbaycanın yüksəlişində və çox mühüm tarixi nailiyyətlərin əldə edilməsində müstəsna rol oynamış, bundan sonra da ölkəmizin tərəqqisi naminə reallaşdırılacaq strateji kursa - Heydər Əliyev yolunun davamçısı olan cənab İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasətinin həyata keçirilməsinə öz töhfələrini verəcəkdir: “İnanırıq ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Prezident İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaqdır”.

 

Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa irəli sürülmüş namizədlər

1 saylı Şərur – Sədərək                                  Əsgərov Ziyafət Abbas oğlu

saylı Şərur-Kəngərli                                    Novruzov Siyavuş Dünyamalı oğlu

saylı Babək - Şahbuz - Kəngərli                 Babayev Asiman Əli oğlu

saylı Naxçıvan şəhər                                    İbrahimov Eldar Rza oğlu

saylı Babək - Naxçıvan - Culfa                  Həmzəyeva Ülviyyə Tapdıq qızı

saylı Ordubad - Culfa                                 Rəhimzadə Vüqar Gəncəli oğlu

saylı Səbail                                                   Qarayev Əhliman Paşa oğlu

saylı Binəqədi birinci                                  Mirzəyeva Həcər Niyazi qızı

9 saylı Binəqədi ikinci                                    Qafarov Kəmaləddin Nəsrəddin oğlu

10 saylı Binəqədi üçüncü                               Hüseynov Hümbət Rəhim oğlu

11 saylı Binəqədi - Qaradağ                          Xasayeva Səbinə Səməd qızı

12 saylı Xəzər birinci                                      Maniyeva Aygün Şaitdin qızı

13 saylı Xəzər ikinci                                       Əliyev Cəlahir Mirzəbala oğlu

14 saylı Xəzər - Pirallahı                                Rəsulova Vüsalə Elman qızı

15 saylı Yasamal birinci                                 Quliyev Əli Dilən oğlu

16 saylı Yasamal ikinci                                  Mirzəyev Həbib Adil oğlu

17 saylı Yasamal üçüncü                               Məmmədov Zaman Rəşid oğlu

18 saylı Nərimanov - Nizami - Binəqədi       Babaşov Nizami Babaş oğlu

19 saylı Nərimanov birinci                            Məmmədov Hikmət Baba oğlu

20 saylı Nərimanov ikinci                              Vəliyev Samir Əhməd oğlu

21 saylı Nəsimi - Binəqədi                             İbrahimqızı Məlahət İbrahim qızı

22 saylı Nəsimi - Yasamal                              Hüseynov Xaliq İsa oğlu

23 saylı Nəsimi - Səbail                                  Rəhimov Elnur Fidail oğlu

24 saylı Nizami birinci                                   Rüstəmov Ramil Şahsuvar oğlu

25 saylı Nizami ikinci                                     Əhmədov Əli Cavad oğlu

26 saylı Sabunçu birinci                                 Hacıyeva Afaq Şirzad qızı

27 saylı Sabunçu ikinci                                  Qasımova Səbinə Məmmədağa qızı

28 saylı Sabunçu üçüncü                               Qurbanov Taleh Mərifət oğlu

29 saylı Sabunçu dördüncü                           Abdullazadə İlahə İntiqam qızı

30 saylı Suraxanı birinci                                Fətəliyeva Sevinc Həbib qızı

31 saylı Suraxanı ikinci                                  Quliyev Etibar Əliağa oğlu

32 saylı Suraxanı üçüncü                              Həsənova Afət Əbil qızı

33 saylı Xətai birinci                                      Əliyev Yengibar Sərraf oğlu

34 saylı Xətai ikinci                                        Zabelin Mixail Yuryeviç

35 saylı Xətai üçüncü                                     Vəliyeva Pərvanə Bulut qızı

36 saylı Xətai -Suraxanı                                 Hacıyeva Nərminə Aslan qızı

37 saylı Qaradağ                                             Hüseynov Aydın Nəsir oğlu

38 saylı Gəncə birinci                                     Həmzəyev Naqif Ələşrəf oğlu

39 saylı Gəncə ikinci                                       Kərimzadə Pərvin Orxan qızı

40 saylı Gəncə üçüncü                                   Quliyev Musa İsa oğlu

41 saylı Gəncə - Samux - Goranboy             Cəfərov Müşfiq Cəfər oğlu

42 saylı Sumqayıt birinci                               Hüseynova Hicran Kamran qızı

43 saylı Sumqayıt ikinci                                 Mirkişili Tahir Famil oğlu

44 saylı Sumqayıt üçüncü                              Vəliyeva Mehriban Hidayət qızı

45 saylı Sumqayıt dördüncü                         Hacıyev Naib İsmixan oğlu

46 saylı Sumqayıt beşinci                               Akimova Elnarə Seydulla qızı

47 saylı Sumqayıt - Abşeron - Qaradağ       Mustafayev Musa Musa oğlu

48 saylı Abşeron birinci                                 Məmmədova Nigar Fikrət qızı

49 saylı Abşeron ikinci                                   Xudayev Faiq Allahverdi oğlu

50 saylı Abşeron üçüncü                                Namazov Ramid Zakir oğlu

51 saylı Şirvan                                                Əsədov Heydər Xanış oğlu

52 saylı Yevlax                                                Məmmədov İlham Kazım oğlu

53 saylı Yevlax - Mingəçevir                         Hüseynli Əli Məhəmməd oğlu

54 saylı Mingəçevir                                         Mirzəzadə Aydın Böyükkişi oğlu

55 saylı Siyəzən - Quba - Xızı                        Məmmədli Müşfiq Fazil oğlu

56 saylı Şabran - Xaçmaz                              Süleymanlı Mahir Tahir oğlu

57 saylı Xaçmaz şəhər                                    Vəliyev Ağalar İsrəfil oğlu

58 saylı Xaçmaz kənd                                    Əskərova Könül Rəcəb qızı

59 saylı Quba                                                  Məhərrəmzadə Əlibala Səttar oğlu

60 saylı Quba - Qusar                                    Bağırova Fidan Yusifəli qızı

61 saylı Qusar                                                 Badamov Azər Camal oğlu

62 saylı Kürdəmir                                          Kazımova Yadigar Təvəkgül qızı

63 saylı Hacıqabul - Kürdəmir                     Aslanov Aqil Rahil oğlu

64 saylı Salyan                                                Qurbanov Sadiq Haqverdi oğlu

65 saylı Salyan - Biləsuvar - Neftçala           Ağayev Emin  Zülfüqar oğlu

66 saylı Saatlı                                                  Ələkbərov Əziz Yusif oğlu

67 saylı Sabirabad                                          Əmiraslanov Əhliman Tapdıq oğlu

68 saylı Sabirabad - Şirvan                           Cəfərov Kamal Xaqani oğlu

69 saylı Biləsuvar                                            Əliyev Elməddin Saməddin oğlu

70 saylı Neftçala                                             Baxışov Fərhad Ceyhun oğlu

71 saylı Cəlilabad şəhər                                 Həsənov Malik Əvəz oğlu

72 saylı Cəlilabad kənd                                  Nəsirov Elman Xudam oğlu

73 saylı Masallı - Cəlilabad                           Əliyeva Aytən Ədalət qızı

74 saylı Masallı                                               Məmmədov Məşhur Şahbaz oğlu

75 saylı Yardımlı - Masallı                            Əliyev Sərvər Məlikməmməd oğlu

76 saylı Lənkəran - Masallı                           Paşazadə Cavanşir Hümmət oğlu

77 saylı Lənkəran şəhər                                 Əliyev Əlimərdan Ələkbər oğlu

78 saylı Lənkəran kənd                                 İsgəndərov Anar Camal oğlu

79 saylı Astara                                                Mahmudov Rəşad Məmmədqulu oğlu

80 saylı Lerik - Astara                                   Rəcəbov Elman Əliheydər oğlu

81 saylı İmişli                                                  Məmmədov İsrafil Zakir oğlu

82 saylı İmişli - Saatlı                                     Salahlı Səyyad Adil oğlu

83 saylı Beyləqan                                            İsmayılov Şahin Əmir oğlu

84 saylı Füzuli                                                 Məmmədov Namiq İbrahim oğlu

85 saylı Füzuli - Ağcabədi                             Cəfərov Dəyanət Cəmil oğlu

86 saylı Ağcabədi                                            Rzayev Tahir Musa oğlu

87 saylı Qobustan - Şamaxı - İsmayıllı         Novruzov Rasim Ramis oğlu

88 saylı Şamaxı                                               Tağızadə Rəfail Vahid oğlu

89 saylı İsmayıllı                                             Allahverdiyeva Xavər Şahı qızı

90 saylı Ağsu                                                   Hüseynov Əli Abbas oğlu

91 saylı Göyçay                                               Əkbərov Fərid Əkbər oğlu

92 saylı Göyçay - Ağdaş                                 Məmmədyarova Firəngiz Rafiq qızı

93 saylı Ağdaş                                                 Şahmuradov Anar Raqif oğlu

94 saylı Ucar                                                   Həsən Ramil Sahib oğlu

95 saylı Zərdab - Kürdəmir - Ucar                İsmayılova Səliqə Oruc qızı

96 saylı Goranboy - Naftalan                        Bədəlov Bədəl Şamil oğlu

97 saylı Tərtər - Ağdərə - Goranboy            Məmmədov Anar İlyaz oğlu

98 saylı Bərdə - Tərtər                                   Fətiyev Xanlar Nuru oğlu

99 saylı Bərdə                                                 Yıldırım Fatma Vidadi qızı

100 saylı Göygöl - Daşkəsən - Kəlbəcər       Bayramov Kamran Fərhad oğlu

101 saylı Samux - Şəmkir                              Qurbanlı Mübariz Qəhrəman oğlu

102 saylı Şəmkir şəhər                                   Qafarova Sahibə Əli qızı

103 saylı Şəmkir kənd                                    Həsənov Nurlan Urfan oğlu

104 saylı Gədəbəy                                           Hüseynova Sevinc Əmirəhməd  qızı

105 saylı Tovuz - Gədəbəy                             Hüseynov İlkin Abbas oğlu

106 saylı Tovuz                                               Səfərov Nizami Abdulla oğlu

107 saylı Tovuz - Qazax - Ağstafa                Aslanova Humay Tofiq qızı

108 saylı Ağstafa                                            Kərimov Gülgün Kərim oğlu

109 saylı Qazax                                               Seyidov Səməd İsmayıl oğlu

110 saylı Balakən                                            Məhəməliyev Nəsib Məhəmməd oğlu

111 saylı Zaqatala – Balakən                        Mahmudova Vüsalə Yusif qızı

112 saylı Zaqatala                                           Əsgərov Asif Yunis oğlu

113 saylı Qax - Şəki                                        Sayadov Mithad Bəhərçi oğlu

114 saylı Şəki şəhər                                        İskəndərov Vüqar Yapon oğlu

115 saylı Şəki kənd                                         Yusibov Niymət Yusif oğlu

116 saylı Qəbələ                                              Tağıyeva Ədilə Əli qızı

117 saylı Oğuz – Qəbələ - Şəki                      Qurbanov Eyvaz Daşdəmir oğlu

118 saylı Ağdam - Xocalı                               Məmmədov Elman Camal oğlu

119 saylı Ağdam                                             Məmmədov İbrahim Raqif oğlu

120 saylı Cəbrayıl - Qubadlı                          Məmmədov Ceyhun Valeh oğlu

121 saylı Laçın                                                Muradov Rövşən Şahbaz oğlu

122 saylı Xankəndi                                         Məmmədov Aqil Kamran oğlu

123 saylı Kəlbəcər                                          Əhmədova Aidə Ələsgər qızı

124 saylı Şuşa - Ağdam - Xocavənd             Babışova Leyla Adil qızı

125 saylı Zəngilan - Qubadlı                         İsmayılov İmamverdi İbiş oğlu

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İcra başçısının deputatlığa namizədliyi irəli sürüldü
YAP-ın deputatlığa namizədlərinin siyahısı açıqlandı - Yeni simalar
"İlk dəfə namizəd olan şəxslərin adı da siyahıda var" - Aynur Sofiyeva

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO