Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11404
az

"Şərurlu İsfəndiyar" tərəfindən evi alınan şəhid ailəsinin MƏHKƏMƏSİNDƏ NƏLƏR BAŞ VERİB?

12:0729 Mart, 2019
3146
SİYASƏT
  • A
 
Dünən Ali Məhkəmədə şəhid polkovnik leytenant Sənan Axundovun ailəsi və “Şaiq MTK” arasında mübahisəli mənzil məsələsi ilə bağlı məhkəmə iclası baş tutub. İclasa hakim Əsəd Mirzəliyev sədrlik edib.

Oxu24.com  Femida.az -a istinadən  xəbər verir ki, ailə 2008-ci ildə Yasamal rayonunda yerləşən “Kamran MMC”-dən mənzil alıb. Lakin 2011-ci ildə binanın əslində “Kamran MMC”-ə məxsus olmadığı barədə ortaya iddia atılıb. Əslində binanın “Şaiq MTK”-ya məxsus olduğu bildirilib. Binadan ev alan sakinlərə isə deyilib ki, “Kamran MMC” sizi aldadıb və onlara məxsus olmayan evləri sizə satıblar. Bundan sonra "Kamran MMC"-in sahibləri dələduzluğa görə həbs olunub.

Prosesdə ilk olaraq şəhid ailəsinin vəkili Xəqani Musayev çıxış edib:

“11 iyul 2018-ci il tarixli Bakı Apelyasiya Məhkəməsinin qərarına əsasən, “Kamran MMC”-in sahibləri şəhid ailəsinin pulunu geri qaytarmalıdır. Hansı ki, Kamran bəy dələduzluğa görə həbs olunub və 12 il həbs cəzası alıb. Bu nə dərəcədə realdır ki, həmin şəxs həbsdən çıxıb zərəçəkmişləin pullarını ödəsin?!
Məhkəmə bildirir ki, bura “Şaiq MTK”nın yeridir. “Kamran MMC”-in burada yalnız tikinti işi aparmaq hüququ olub, ev satmaq hüququ olmayıb.
Biz Yasamal rayon məhkəməsində işi udmuşduq. Daha sonra “Şaiq MTK” qərardan şikayət verdi. Amma əsəlandırılmadı ki, bu MTK kimdir? Üçüncü şəxs kimi hansı maraqlarla işə daxil olur? Biz bu zaman öz şikayətimizi bildirsək də, nə Apelyasiya Məhkəməsi, nə də Ali Məhkəmə bu şikayətə baxmadı.
Xatırladım ki, biz Yasamal məhkəməsinin qərarından sonra icra məmurları ilə gedib, həmin yeri təhvil aldıq, orada təmir işləri apardıq. Həmin vaxt “Şaiq MTK” heç bir etiraz etmədi. Üstündən 3 ay keçəndən sonra onlar qətnamədən şikayət verdi.
İkincisi, vətəndaş pulu ödəyib, hansı ki, həmin pul bu binanın tikintisinə xərclənib. Həmin mənzil bu vaxta qədər də heç kimə satılmayıb”.

Əlavə 36 min manat istədilər

Şəhid ailəsinin MTK-ya cəmi 11 min manat borcu alıb. Lakin onlar ailədən 11 mindən əlavə 36 min manat da istəyiblər. Bu barədə şəhidin qaynatası Zeynalov Novruz bildirib:

"İnandırıcı deyil ki, “Kamran MMC” binanın ofisində oturub 3 il vətəndaşlara ev satsın, amma “Şaiq MTK”-ın bundan xəbəri olmasın. Əslində burada bu iki şirkətin əlbir olaraq şəbəkə fırıldaqçılıqla məşğul olduğuna dair şübhələr də yaranır. Məhkəmə müqavilənin saxta olduğunu bildirsə də, bu əsassızdır. Bu işlə bağlı bir neçə məhkəmə prosesi baş tutub və bizim xeyrimizə qərarlar çıxarılıb. Möhtərəm hakim, bizim “Kamran MMC” ilə bağladığımız müqavilənin saxta olmasına dair heç bir əsas yoxdur. Bundan öncəki məhkəmələrin qətnamələrində də belə bir söz yoxdur. Onlar mənə mənzili alanda məlumat verməli idi. Biz mənzili alıb aybaay ödəniş etmişik. Üstündən illər keçəndən sonra “Şaiq MTK” adlı bir şirkət ortaya çıxır və deyir ki, bu bina mənimdir, siz səhv adama ödəniş eləmisiz. Bu nə dərəcədə həqiqətə uyğundur?! Onların əlbir olduğu buradan bilinir ki, mənzili almaq üçün bizdən 36 min manat əlavə pul istədilər. Biz isə vermədik. Vermədiyimizə görə də indi bizi məhkəmə yolu ilə halal mənzilimizdən çıxarmaq istəyirlər. Deyirlər oranı qanunsuz zəbt eləmisiz. Onda belə çıxır ki, biz pul versək, onları qanunu tapdalayacaqdı?! Nəzərinizə çatdırım ki, bizimlə yanaşı həmin binada 76 mənzilin sahibindən də eyni tələb olunub. Onlar əlavə pul verdikləri üçün mənzili sahiblərinə qaytarıblar”.

Milyardları olan şəxs şəhid ailəsinin evinəmi göz dikib?!

Daha sonra şəhid polkovnikin həyat yoldaşı Nəcibə xundova söz istəyib. Sədr əvvəlcə söz vermək istəməsə də, xanım bir neçə dəqiqəlik söz demək imkanı verilib:

“Mənim həyat yoldaşım bu gün siz və bütün bu zalda oturanlar rahat burada otursunlar, yaşasınlar deyə canından keçib. Siz bu gün burada məhkəmə sədri kimi hökm verə bilirsizsə, bu vətənin təhlükəsizliyi uğrunda qanını verən Sənan və onun kimi silahdaşlarının hesabınadır. Hər kəs “Şaiq MTK”-ın kimə məxsus olduğunu yaxşı bilir, Şərurlu İsfəndiyarındır. Məgər milyardları olan bir şəxs 50 kv metrlik şəhid ailəsinin evinəmi göz dikib?! Biz ailəlikcə səngərlərdə, cəbhələrdə, bögələrdə yata-yata qəpik-qəpik o pulu yığıb mənzili almışdıq. İndi mən atasız 2 uşaq böyüdürəm. Budurmu Azərbaycan biznesmeninin, məhkəməsinin şəhid ailəsinə hörməti?! Mən qonşu payı istəmirəm, əlavə heç nə istəmirəm. Öz pulumu verib aldığım halal mənzilimi istəyirəm.
Ölkə başçısı bu ay şəhid ailələri ilə görüşəndə mən də orada oldum. Ailələrin problemləri dinləndildi. İmkanım var idi ki, bu məsələni birbaşa onun özünə çatdırım. Lakin mən sizin ədalətinizə güvənərək, ədalətli qərar çıxaracağınıza ümid edərək, ölkə başçısına heçnə demədim. Amma bu gün haqqımız tapdalansa, mən növbəti görüşdə birbaşa Cənab Prezidentə bu ədalətsizlik haqqında məlumat verəcəm”.

Sonra isə qısa olaraq, qarşı tərəfin vəkili Ramiq Axundov çıxış edib:

“Qarşı tərəfin “Kamran MMC” ilə imzaladığı müqavilə saxta olub. Saxta olmasa belə pulun bir hissəsi ödənilməyib. Müdafiə etdiyim şirkət həmin mənzili artıq başqa şəxsə satıb. Yer onların deyil. Apelyasiya Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını xahiş  edirik”.

Ardınca məhkəmə müşavirəyə gedib və sonra hökm oxunub. Hakim Əsəd Mirzəliyev Bakı Apellyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bank kartından      oğurluq      edildi