Azərbaycan XİN helikopter qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib
24 Noyabr 2026, 23:55
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
368
08.07.2024, 15:43
Son aylarda Müdafiə Nazirliyinin bir neçə yüksəkrütbəli zabiti vəzifəsindən azad edilib. Bu yaxınlarda isə bir neçə general yaş həddi ilə bağlı ardıcıl olaraq təqaüdə göndərildi. Azərbaycan Ordusunda aparılan islahatlara uyğun olaraq təqaüdə göndərilən zabitlər peşəkar kadrlarla əvəz edilir. Yeni təyinatlarda xüsusilə Vətən müharibəsində şücaət göstərən hərbçilərə yer verilməsi şəxsi heyət və vətəndaşlar tərəfindən müsbət qarşılanır.
Oxu24.com-”nun məlumatına görə, bir neçə gün əvvəl müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevin vəzifəsindən azad edilməsi xəbəri rezonans yaratdı. 10 il Əlahiddə Ümumqoşun Orduya komandanlıq etmiş general Mustafayevin işdən çıxarılması hələ rəsmi təsdiqini tapmasa da, artıq onun yerinə Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidovun təyinat alması barədə məlumat yayıldı. Sözügedən hər iki məlumat Müdafiə Nazirliyi tərəfindən təsdiq və ya təkzib edilməsə də, Kərəm Mustafayev Manşet.az saytına açıqlamasında işdən çıxarılması xəbərinin doğru olduğunu bildirmişdi.
Maraqlıdır ki, son aylar Müdafiə Nazirliyinin bir neçə generalı ehtiyata göndərilsə də, Kərəm Mustafayevlə bağlı müəmma davam edir. Nəzərə alaq ki, K.Mustafayev son illərdə vəzifəsindən azad edilən ilk general-polkovnik rütbəli zabitdir. General-polkovnik rütbəsi daşıyan zabitlərdən sonuncu dəfə üç il əvvəl Azərbaycan Ordusunun Baş Qərargah rəisi Nəcməddin Sadıkov işdən çıxarılıb.
Bu məqamda qeyd edək ki, “Qafqazinfo”ya etibarlı mənbələrdən daxil olan məlumata görə, Kərəm Mustafayev bu günlərdə prokurorluğa çağırılıb. General-polkovnik istintaqı aparılan cinayət işlərindən biri ilə bağlı müstəntiqlərə ifadə verib. Onun iş üzrə hansı qisimdə dindirildiyi bilinmir. Bu barədə məsul qurumlardan rəsmi açıqlama verilməyib. Məsələnin detallarını öyrənməyə çalışırıq.
Qeyd edək ki, əvvəllər tabor, diviziya və korpus komandiri işləmiş K.Mustafayev 2014-cü ildən müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu Komandanı olub.
00:31 / 25 Noyabr 2026
37
00:17 / 25 Noyabr 2026
63
23:55 / 24 Noyabr 2026
95
23:48 / 24 Noyabr 2026
68
23:34 / 24 Noyabr 2026
89
23:33 / 24 Noyabr 2026
110
23:28 / 24 Noyabr 2026
90
23:22 / 24 Noyabr 2026
86
23:15 / 24 Noyabr 2026
90
23:03 / 24 Noyabr 2026
191
23:00 / 24 Noyabr 2026
177
22:54 / 24 Noyabr 2026
776
22:44 / 24 Noyabr 2026
98
22:22 / 24 Noyabr 2026
970
22:16 / 24 Noyabr 2026
133
22:09 / 24 Noyabr 2026
116
22:07 / 24 Noyabr 2026
118
21:54 / 24 Noyabr 2026
222
21:36 / 24 Noyabr 2026
125
21:32 / 24 Noyabr 2026
244
21:26 / 24 Noyabr 2026
116
21:20 / 24 Noyabr 2026
130
21:18 / 24 Noyabr 2026
123
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.