Qaynar xətt:

(+99450) 247 90 86

Qırğızıstan prezidenti Azərbaycana gələcək

Qırğızıstan prezidenti Azərbaycana gələcək

SİYASƏT

283

04.07.2024, 15:42

Qırğız Respublikasının Prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycana işgüzar səfər edəcək.

Oxu24.com xəbər verir ki, bu barədə Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib

"Dövlət başçısı Türk Dövlətləri Təşkilatına üzv olan dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirak edəcək", - məlumatda qeyd olunub. 

Təşkilatın dövlət başçılarının fövqəladə toplantısının mövzusu “Nəqliyyat, kommunikasiyalar və iqlimlə mübarizə yolu ilə davamlı gələcəyin formalaşmasının təmin edilməsi”dir.

Sammitdə təşkilata üzv olan dövlət başçıları - Azərbaycan, Qazaxıstan, Özbəkistan, həmçinin Türkiyə və Macarıstanın hökumət başçıları iştirak edəcək.