Yüksək vəzifə verilən xanım kimdir? - Foto
10 Sentyabr 2026, 19:06
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
237
04.07.2024, 11:14
Azərbaycan yeni geosiyasi reallıqlara və ədalətə əsaslanan, hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş və inklüziv Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasının tərəfdarıdır.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda bildirilib.
Dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarı olaraq sülh gündəliyinin irəli aparılması üçün daim siyasi iradə nümayiş etdirir. Ermənistan ilə münasibətlərin normallaşdırılmasına, bölgədə davamlı sülhün bərqərar edilməsi, sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın hər zaman dəstək vermək əzmini təqdir edirik.
“Bu gün qarşılıqlı faydalı iqtisadi-ticari əlaqələrimizin şaxələndirilməsi, xüsusilə də yüksək texnologiyalar, rəqəmsal və yaşıl keçid, kənd təsərrüfatı, investisiyalar, aviasiya və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük perspektivlər vardır.
İnanıram ki, dost və tərəfdaş olan Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələri əhatə edən sıx əməkdaşlığın ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə bundan sonra da uğurla davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik”, - deyə Prezident İlham Əliyev qeyd edib.
20:22 / 10 Sentyabr 2026
13
20:15 / 10 Sentyabr 2026
24
20:11 / 10 Sentyabr 2026
30
20:07 / 10 Sentyabr 2026
38
20:03 / 10 Sentyabr 2026
34
19:55 / 10 Sentyabr 2026
36
19:35 / 10 Sentyabr 2026
40
19:06 / 10 Sentyabr 2026
64
18:57 / 10 Sentyabr 2026
154
18:53 / 10 Sentyabr 2026
51
18:47 / 10 Sentyabr 2026
545
18:45 / 10 Sentyabr 2026
54
18:42 / 10 Sentyabr 2026
55
18:33 / 10 Sentyabr 2026
56
18:26 / 10 Sentyabr 2026
63
18:18 / 10 Sentyabr 2026
659
18:13 / 10 Sentyabr 2026
64
17:59 / 10 Sentyabr 2026
64
17:49 / 10 Sentyabr 2026
65
17:25 / 10 Sentyabr 2026
225
17:09 / 10 Sentyabr 2026
86
16:58 / 10 Sentyabr 2026
70
16:32 / 10 Sentyabr 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.