Dinc atom siyasəti Azərbaycanın regional təhlükəsizliyində hansı rolu oynayır? – SİYASİ ŞƏRH
10 Sentyabr 2026, 20:27
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
327
03.07.2024, 20:55
Çin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) tikintisində və istismarında fəal iştirak etməyə hazırdır.
OXU24.COM xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də əksini tapıb.
Bildirilir ki, Çin tərəfi həmçinin Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazırdır.
Xatırladaq ki, Orta Dəhliz 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanır. 2023-cü ildə bu marşrutla 2,8 milyon tona yaxın yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 86 % çoxdur. 2024-cü ildə yükdaşımaların həcmi 4 milyon tonu keçəcək. Bu ilin sonuna qədər Orta Dəhliz vasitəsilə 250-yə yaxın konteyner bloku qatarının göndərilməsi planlaşdırılır. Bununla yanaşı, iyun ayından etibarən Lyanyunqan limanından, eləcə də Sian limanından Bakıya konteyner bloku qatarları göndərilir.
20:27 / 10 Sentyabr 2026
3
20:22 / 10 Sentyabr 2026
17
20:15 / 10 Sentyabr 2026
33
20:11 / 10 Sentyabr 2026
35
20:07 / 10 Sentyabr 2026
43
20:03 / 10 Sentyabr 2026
38
19:55 / 10 Sentyabr 2026
41
19:35 / 10 Sentyabr 2026
44
19:06 / 10 Sentyabr 2026
67
18:57 / 10 Sentyabr 2026
163
18:53 / 10 Sentyabr 2026
51
18:47 / 10 Sentyabr 2026
550
18:45 / 10 Sentyabr 2026
57
18:42 / 10 Sentyabr 2026
57
18:33 / 10 Sentyabr 2026
56
18:26 / 10 Sentyabr 2026
63
18:18 / 10 Sentyabr 2026
663
18:13 / 10 Sentyabr 2026
64
17:59 / 10 Sentyabr 2026
65
17:49 / 10 Sentyabr 2026
66
17:25 / 10 Sentyabr 2026
230
17:09 / 10 Sentyabr 2026
86
16:58 / 10 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.