Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə iki nazir istefaya getdi – Yeni təyinatlar

Türkiyədə iki nazir istefaya getdi – Yeni təyinatlar

SİYASƏT

300

02.07.2024, 09:23

Türkiyənin səhiyyə naziri Fahrettin Koca ilə ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki istefaya gedib.

OXU24.COM xəbər verir ki, bu barədə Türkiyənin “Resmi Gazete”si məlumat yayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fahrettin Kocanın yerinə Kamal Memişoğlunu, Mehmet Özhasekinin yerinə isə 2018-2023-cü illərdə bu vəzifəni daşıyan Murat Kurumu təyin edib.

Qeyd edək ki, Özhaseki qərarını səhhətində yaranan problemlərlə əsaslandırıb, Kocanın istefa səbəbi isə açıqlanmayıb.