Dinc atom siyasəti Azərbaycanın regional təhlükəsizliyində hansı rolu oynayır? – SİYASİ ŞƏRH
10 Sentyabr 2026, 20:27
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
281
28.06.2024, 15:27
“Zəfərimizdən sonra misilsiz dinc quruculuqda fəal iştirak edən, onu qoruyan Azərbaycan hüquq-mühafizə orqanlarını ləkələmək üçün cinayətkar bir şəxsin Şüvəlanda qətlə yetirdiyi üç polisin üzərindən dövlətimizə qarşı hibrid savaş aparılır”.
Oxu24.com Musavat.com-a isttinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin növbədənkənar iclasında deyib.
Komitə qədri qeyd edib ki, Vətən müharibəsində Milli Qəhrəman zirvəsinə ucalan, dövlətçiliyin qurulmasında ulu öndərin peşəkarlıq və rəşadət məktəbini keçən polis sisteminə qarşı son 3 gündə informasiya terroru daha da intensivləşib:
“Halbuki, demokratik Qərbdə polis rəftarının qlobal miqyaslı etiraz aksiyalarına səbəb olduğu, aşırı güc tətbiqi ilə bağlı “Amnesty International”ın ayrıca hesabatları hamıya məlumdur. Lakin son hadisə ətrafında səfərbər olunan qüvvələrin açıq şəkildə dövlətimizə verdikləri mesaj on illər ərzində aparılan anti-Azərbaycan siyasətinin davamıdır”.
Z.Orucun sözlərinə görə, onlar demək istəyirlər ki, sərhədlər bağlı olsa da, sabitliyi poza bilərlər:
“Hadisənin xronologiyası, zaman seçimi Müsəlman Birliyi Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırzadənin ad günündə - 23-dən 24-nə keçən gecə, səhər saat 4-də törədilməsi, özünü “Zəmanəsinin Xomeynisi” sayan şəxsin gec-tez gələcəyinə işarələr edilməsi siyasi təqvimlə işləyən radikal Hüseynçi qüvvələrin, ölkəmizə düşmən olan dairələrin “istənilən anda müdaxilə edərik” mesajı məkrli bir siyasətin aparıldığını göstərir.
Göründüyü kimi, yaddaşımızı təzələyənlər “Şüvəlanı yeni Nardaran”a çevirməyə çalışmaqla bir vaxtlar dini müqavimət məkanına çevirdikləri bir kəndin yaddaşını oyatdıqlarını, onu yaşatdıqlarını nümayiş etdirirlər. Bakı kəndləri amili işə salmaqla, din, namus-qeyrət mental kodunu istismar etməyə cəhd etməklə, hakimiyyətə qarşı əllərindən çıxan yerli əhali amilini təzədən dirçəltmək istəyirlər. Məhz Şüvəlanın, 1-ci vitse-prezidentin bir vaxtlar təsmilçisi olduğu rayonun adını hallandırmaq, ləkələməyə çalışmaqla, “Paşa Holdinq”in məsələyə bağlılığı iddiasını irəli sürməklə hansı avantürst planlara əl atıldığı aşkar görünür. Məqsəd Vətən müharibəsindən sonra Prezident və Birinci xanımın yüksələn nüfuzuna kölgə salmaqdır.
“Şüvəlan-Gəncə paralellərini” yaratmaq, Gəncə hadisəsini xatırlatmaq, 2018-ci illərdə təxminən eyni vaxtda - 3 iyulda baş verən terror aktını xatırlatmaq, biz varıq, hər yerdəyik çağırışları 44 gündə məğlub olan qüvvələrin daxildə cəbhə açmağa fürsət axtardılarını göstərirlər. Onlar dünən Söyüdlü kəndindəydilər, bu gün Şüvələnda, sabah digər ərazilərdə toqquşma ocağı yaradıb ondan yararlanmaq istəyəcəklər. Polislərin qatilinin “Rövşən Allahverdiyevin - Yunis Səfərov” adlandırılması, paralellərin aparılması da deyilənlərə sübutdur.
Lakin işğal dövründə olduğundan daha artıq, indi Azərbaycan polisi dövlətin qoruyucusu və qurucusu olaraq qalacaq. Biz hüquq-mühafizə orqanlarına qarşı aparılan kampaniyanı dövləti zəiflətmək planı sayaraq onu qətiyyətlə pisləyirik”.
Həmçinin oxuyun
22:20 / 10 Sentyabr 2026
1
21:54 / 10 Sentyabr 2026
98
21:50 / 10 Sentyabr 2026
32
21:35 / 10 Sentyabr 2026
39
21:30 / 10 Sentyabr 2026
55
21:27 / 10 Sentyabr 2026
35
21:20 / 10 Sentyabr 2026
39
21:16 / 10 Sentyabr 2026
44
21:15 / 10 Sentyabr 2026
37
21:06 / 10 Sentyabr 2026
54
20:51 / 10 Sentyabr 2026
85
20:50 / 10 Sentyabr 2026
53
20:40 / 10 Sentyabr 2026
54
20:38 / 10 Sentyabr 2026
494
20:27 / 10 Sentyabr 2026
56
20:22 / 10 Sentyabr 2026
63
20:15 / 10 Sentyabr 2026
54
20:11 / 10 Sentyabr 2026
59
20:07 / 10 Sentyabr 2026
73
20:03 / 10 Sentyabr 2026
53
19:55 / 10 Sentyabr 2026
55
19:35 / 10 Sentyabr 2026
58
19:06 / 10 Sentyabr 2026
278
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.