Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sənəd ratifikasiya edildi

Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sənəd ratifikasiya edildi

SİYASƏT

304

28.06.2024, 12:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclis Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sənədi ratifikasiya edib.

Oxu24.com parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Daha sonra “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi deputatların müzakirəsinə təqdim olunub.

Müzakirələrdən sonra sənədlər səsverməyə çıxarılaraq qəbul edilib.