Dinc atom siyasəti Azərbaycanın regional təhlükəsizliyində hansı rolu oynayır? – SİYASİ ŞƏRH
10 Sentyabr 2026, 20:27
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
354
21.06.2024, 15:05
Prezident İlham Əliyev 7 dekabr 1999-cu il tarixli qanunla təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunun təsdiqləyib.
Oxu24.com xəbər verir ki, yenilənmiş qanuna əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin və onların ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərcləri və birdəfəlik kompensasiya müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada gömrük işini aparan icra hakimiyyəti orqanının hesabına köçürülən Gömrük Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitlərdən (Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci (gömrük yığımları) və 224.1.6-cı maddələrində (haqq) nəzərdə tutulan gömrük ödənişləri) ödəniləcək. Gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.
İndiyə qədər gömrük orqanının vəzifəli şəxsinin və onun ailəsinin, habelə əmlakının yeni xidmət yerinə daşınması gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada gömrük orqanlarının saxlanması üçün ayrılmış vəsait hesabına həyata keçirilirdi.
23:14 / 10 Sentyabr 2026
162
23:08 / 10 Sentyabr 2026
53
23:03 / 10 Sentyabr 2026
63
23:00 / 10 Sentyabr 2026
47
22:53 / 10 Sentyabr 2026
48
22:44 / 10 Sentyabr 2026
55
22:40 / 10 Sentyabr 2026
1616
22:36 / 10 Sentyabr 2026
54
22:28 / 10 Sentyabr 2026
54
22:20 / 10 Sentyabr 2026
59
21:54 / 10 Sentyabr 2026
217
21:50 / 10 Sentyabr 2026
61
21:35 / 10 Sentyabr 2026
72
21:30 / 10 Sentyabr 2026
102
21:27 / 10 Sentyabr 2026
57
21:20 / 10 Sentyabr 2026
65
21:16 / 10 Sentyabr 2026
67
21:15 / 10 Sentyabr 2026
65
21:06 / 10 Sentyabr 2026
72
20:51 / 10 Sentyabr 2026
119
20:50 / 10 Sentyabr 2026
64
20:40 / 10 Sentyabr 2026
65
20:38 / 10 Sentyabr 2026
629
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.