Qaynar xətt:

(+99450) 247 90 86

Hərbçilərimiz Pakistanda “Yaşasın Azərbaycan” şüarı ilə qarşılandı - Qürurverici anlar

2019-03/1553412389_pakistan.jpg

SİYASƏT

1443

24.03.2019, 11:26

  Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Pakistanın “Milli Günü”nə həsr olunmuş hərbi parada qatılıb. Tədbirdə ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.
Oxu24.com xəbər verir ki, paradı canlı yayımlayan GNN kanalının şərhçiləri hərbiçilərimizin keçidi zamanı maraqlı addım atıblar. Onlar əsgərləri Azərbaycan dilində salamlayıblar. Şərhçilər “Pakistana xoş gəlmisiz. “Yaşasın Azərbaycan, Pakistan! Yaşasın Azərbaycan – Pakistan qardaşlığı” deyə bildiriblər.