Zəngəzur dəhlizi açılarsa nə dəyişəcək? — Ekspertdən mühüm proqnozlar
25 Noyabr 2026, 17:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
233
07.06.2024, 11:47
Rusiya Ukraynaya qarşı müharibəyə başladıqdan bu günə qədər beynəlxalq aləmdə nüvə müharibəsi barədə müxtəlif fikirlər səslənir.
Oxu24.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, müharibənin ilk günlərində bu haqda çox danışılmasa da, hazırda nüvə müharibəsi aktual mövzuya çevrilib:
“Bunun əsas səbəbi odur ki, Qərb dövlətləri Ukraynaya hərbi dəstəyi artırıb və bu, nüvə dövləti olan Rusiyanın ciddi narazılığına səbəb olub. ABŞ və bir qrup Avropa ölkəsi Ukraynaya verdikləri silah və hərbi texnikadan Rusiya ərazisindəki hədəfləri vurmaq üçün istifadə edilə biləcəyini vurğulayıblar.
Kreml bunu NATO ölkələrinin Rusiyaya qarşı müharibə elanı kimi qiymətləndirib. Həmişə olduğu kimi nüvə müharibəsindən ən çox danışan Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, keçmiş prezident və baş nazir Dmitri Medvedyevdir. O bildirib ki, keçmişdə Qərb ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamayacağını söyləyirdilər.
“Ancaq bu baş verdi və Qərbin yanıldığı üzə çıxdı” deyən Medvedyev Rusiyanın nüvə silahından istifadə etməyəcəyi fikirlərinin də yanlış ola biləcəyinə işarə vurub.
Rusiya rəsmiləri onu da vurğulayırlar ki, Avropa ölkələri əhali baxımından sıxdırlar və bu qitəyə atılan nüvə silahı böyük itkilərə səbəb olacaq. Bunu deyən rusiyalı rəsmilər nüvə silahına malik olan dövlətlərin cavab olaraq Rusiyaya qarşı nüvə silahından istifadə etməsini məsələsi barədə fikir bildirmirlər”.
Elxan Şahinoğlu qeyd edib ki, Rusiyanın strateji tərəfdaşı Çinin də xeyli nüvə silahı var:
“Ancaq Çin rəsmiləri rusiyalı tərəfdaşları kimi “nüvə müharibəsi” mövzusunda ehtiyatlıdırlar. Çin müdafiə naziri açıqlama verərək Pekinin müdafiə strategiyasında nüvə silahından iqtifadə edilməməsinin tərəfdarıdır: “Keçmişdə Çinə qarşı nüvə təhdidləri səslənsə də, Pekin nüvə silahından istifadə edilməməsi siyasətinə sadiqdir”.
Buna baxmayaraq, Vaşinqton Pekinin Rusiyaya artan hərbi dəstəyində narahatdır.
Halbuki, Pekin Rusiyaya hərbi texnika vermədiyini israr edir. Digər tərəfdən Pekin nüvə silahından istifadə edilməməsi strategiyasını bəyan etsə, nüvə arsenalını ildən ilə artırır.
Çinin Tayvan ətarfındakı hərbi təlimlərində nüvə başlığı daşıya bilən gəmilər də var idi. Bu təlimlər rəsmi olaraq başa çatsa da, Çinin ada ətrafında hərbi fəaliyyətini bitirməyib, döyüş təyyarələri və hərbi gəmilər birgə döyüş hazırlığı patrulunu davam etdirirlər. Çinin bölgədə artan gücü Hindistanı ciddi narahat edir.
Hindistan strateji dəniz layihəsi reallaşdırır, Andhra Pradeş əyalətində nüvə sualtı qayıqları üçün yeraltı baza tikilir. Qərargahı Visakhapatnamda yerləşən Şərq Dəniz Komandanlığı tərəfindən idarə olunan Hindistanın şərq sahilindəki bu qabaqcıl dəniz bazası Benqal körfəzində əsas nöqtə kimi xidmət edəcək.
Layihə 20 kvadrat kilometr ərazini əhatə edir və 2025-2026-cı illərdə tam istismara verilməsi gözlənilən bazada ən azı 10 nüvə sualtı qayığı yerləşdiriləcək.
Bazanın tikintisi dağa çoxsaylı tunellərin, böyük dayaqların və dəstək qurğularının yaradılması da daxil olmaqla geniş mühəndislik səylərini əhatə edir. Dəqiq dəyəri bilinməsə də, hesablamalar onun 3,75 milyard dollara çatacağını göstərir.
Bu arada, Avropanın Pekinin siyasətindən daha bir narahatlığı var. Praqada yerləşən analitik mərkəzi olan Beynəlxalq Əlaqələr Assosiasiyasının son araşdırmasına görə, Çin Avropa seçkilərinə təsir göstərmək üçün müxtəlif üsullardan istifadə edir. Pekin yeni Avropa Parlamentinin Çinə münasibətinin dəyişəcəyinə ümidlidir”.
17:49 / 25 Noyabr 2026
81
17:35 / 25 Noyabr 2026
49
17:21 / 25 Noyabr 2026
254
17:13 / 25 Noyabr 2026
86
17:01 / 25 Noyabr 2026
345
16:50 / 25 Noyabr 2026
109
16:38 / 25 Noyabr 2026
94
16:29 / 25 Noyabr 2026
90
16:27 / 25 Noyabr 2026
91
16:15 / 25 Noyabr 2026
251
16:05 / 25 Noyabr 2026
226
15:59 / 25 Noyabr 2026
301
15:41 / 25 Noyabr 2026
732
15:32 / 25 Noyabr 2026
217
15:30 / 25 Noyabr 2026
135
15:26 / 25 Noyabr 2026
123
15:22 / 25 Noyabr 2026
121
15:19 / 25 Noyabr 2026
122
15:10 / 25 Noyabr 2026
206
15:03 / 25 Noyabr 2026
229
14:58 / 25 Noyabr 2026
131
14:57 / 25 Noyabr 2026
146
14:33 / 25 Noyabr 2026
153
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.