Qaynar xətt:

(+99450) 247 90 86

Milli Məclisin növbədənkənar sessiyasının vaxtı açıqlandı

Milli Məclisin növbədənkənar sessiyasının vaxtı açıqlandı

SİYASƏT

318

03.06.2024, 16:34

İyunun 7-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçiriləcək.

Oxu24.com xəbər verir ki, bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatıb.