Şəmsi Qoca: Tramp Cənubi Qafqazda yeni geosiyasi xətt qurur
11 Sentyabr 2026, 10:34
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
384
02.06.2024, 16:59
Keşiş Baqrat Qalstanyanın rəhbərlik etdiyi hərəkatın nəyə can atdığı mayın 28-dən bəri göz qabağındadır.
OXU24.COM xəbər verir ki, bunu Ermənistanın Avropa Partiyasının sədri Tiqran Xzmalyan deyib.
“Mayın 28-də Qalstanyanın patronu, bütün ermənilərin katolikosu II Qaregin polislə üz-üzə qalaraq toqquşdu. Erməni kilsəsinin rəhbəri şüurlu şəkildə belə bir qarşıdurmaya gedirsə, bu o deməkdir ki, toqquşmalara səbəb olmaq üçün əmr və göstəriş var. Katolikosun bu addımını başqa cür izah etmək mümkün deyil. O, htiyatlı adamdır, görünür, təzyiq çox yüksəkdir”, - siyasətçi bildirib.
Onun sözlərinə görə, bu revanşist hərəkatın təşkilatçılarının məqsədi qan tökmək və vətəndaş müharibəsidir:
"Məqsədlərinə nail ola bilmirlər, sıraları azalır, hərəkat tərəfdarları yorğun düşüb, cəmiyyətin mənfi tepkisi günbəgün artır. Hakimiyyət də bunu görərək toqquşmaya getmir. Toqquşma ən böyük səhv olardı, çünki məqsədləri vətəndaş müharibəsidir. Son günlər görürük ki, əsas məqsəd budur və Qalstanyanın arxasında gizlənən qüvvələr həmin məqsədə nail ola bilməyib”.
Xzmalyan vurğulayıb ki, tükənmiş hərəkatın bir neçə gün və ya saat ömrü qalıb, növbəti cəhd oktyabrda olacaq, bu da bir sıra amillərlə bağlıdır:
“Oktyabrda bir neçə mühüm hadisə baş verəcək: Gürcüstanda seçkilər, Moldovada avrointeqrasiya məsələsi ilə bağlı keçiriləcək referendum, Donald Trampın şanslarının hələ də qorunub saxlandığı ABŞ seçkiləri. Moskvanın bir çox məsələlərə böyük ümidləri var. Beləliklə, oktyabrda növbəti narazılıq və toqquşma mərhələsini təhrik etməyə çalışacaqlar”.
Xzmalyan əlavə edib ki, onsuz da erməni kilsə o qədər də nüfuza malik deyildi, din adamlarının son davranışları isə bu quruma ağır zərbə oldu:
“Hesab edirəm ki, II Qaregin qəbuledilməz səhv etdi, kilsəni siyasi proseslərə qarışdırdı. Əlbəttə, bu, kilsənin öz təşəbbüsü deyil, bu acınacaqlı rolu oynamaq üçün kənardan cəlb edilib. Bu sifariş Rusiyadan gəlib”.
Siyasətçinin fikrincə, vətəndaş müharibəsi müharibədən də pis ola bilər.
“Rusiyanın əsas məqsədi vətəndaş müharibəsi olmasa da, cəmiyyətin parçalanması, anarxiya və nifrət mühitinə nail olmaqdır. Hətta düşünürəm ki, Moskvanın məqsədi hakimiyyət dəyişikliyi də deyil, aranı qatmaqla oktyabra qədər vaxt udmaqdır. Ruslara elə gəlir ki, həm Ukrayna, həm Moldova, həm də Gürcüstanda hansısa dəyişiklik olacaq, Ermənistan da buna uyğun olaraq, Putinin təsəvvür etdiyi kimi dəyişəcək. Quldurlar və qullar ancaq bu layihəyə xidmət edirlər".
Xzmalyan bildirib ki, xüsusi xidmət orqanları, kəşfiyyat və polis sayıqlığı itirməməlidirlər.
12:57 / 11 Sentyabr 2026
16
12:52 / 11 Sentyabr 2026
52
12:48 / 11 Sentyabr 2026
29
12:45 / 11 Sentyabr 2026
32
12:31 / 11 Sentyabr 2026
52
12:24 / 11 Sentyabr 2026
72
12:21 / 11 Sentyabr 2026
53
12:14 / 11 Sentyabr 2026
53
12:06 / 11 Sentyabr 2026
140
11:59 / 11 Sentyabr 2026
58
11:58 / 11 Sentyabr 2026
55
11:55 / 11 Sentyabr 2026
424
11:50 / 11 Sentyabr 2026
56
11:31 / 11 Sentyabr 2026
62
11:30 / 11 Sentyabr 2026
57
11:00 / 11 Sentyabr 2026
58
10:52 / 11 Sentyabr 2026
1278
10:48 / 11 Sentyabr 2026
66
10:44 / 11 Sentyabr 2026
140
10:38 / 11 Sentyabr 2026
69
10:34 / 11 Sentyabr 2026
64
10:33 / 11 Sentyabr 2026
69
10:30 / 11 Sentyabr 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.