Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
108610
az

"Ermənistana silah verən ölkələr bu xəbərdarlıqdan nəticə çıxarmalıdır"

17:0812 May, 2024
110
SİYASƏT
  • A

Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə etdi. Onun ardınca isə ötən il cəmi bir sutka çəkməyən lokal xarakterli antiterror tədbirləri nəticəsində bütün ölkə ərazisində dövlət suverenliyimiz bərpa edildi. Bu gün isə Azərbaycan işğaldan azad edilmiş ərazilərdə tikinti-quruculuq işlərini uğurla davam etdirir. Artıq bir zamanlar Ermənistanın işğalı nəticəsində öz ərazilərindən didərgin düşən soydaşlarımız doğma yurd-yuvalarına qayıdır.

OXU24.COM xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, bu addımlar bəzi ölkələri narahat edir.

"Söhbət Fransa başda olmaqla, Cənubi Qafqazı yenidən müharibə zonasına çevirmək üçün dəridən-qabıqdan çıxan ölkələrdən gedir. Həmin ölkələr Ermənistanı silahlandırmaqda davam edirlər. Təbii ki, Ermənistan boşuna silahlandırılmır. Yəni, bu gün Ermənistanı müharibəyə təhrik edən ölkələrin hədəfi Azərbaycandır", - o deyib.

V.İskəndərovun sözlərinə görə, Azərbaycan dövləti, şəxsən Prezident İlham Əliyev dəfələrlə bu cür mövqe sərgiləyən ölkələrə xəbərdarlıq edib: "Növbəti xəbərdarlıq isə mayın 10-da səsləndi. Həmin gün Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edən və şəhərə köçmüş ilk sakinlərlə görüşən dövlət başçısı çıxışı zamanı bəhs etdiyimiz məqamın üzərində xüsusi olaraq dayandı. Dövlət başçısı dedi ki, "Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik". Hesab edirəm ki, həm Fransa, həm də Ermənistan rəhbərliyi bu xəbərdarlıqdan nəticə çıxarmalıdır. Eyni zamanda, bu gün Ermənistana silah verən digər ölkələrə də bu xəbərdarlıqdan pay düşür. Nə qədər gec deyil, onlar ağıllarını başlarına yığmağı bacarmalıdırlar. Əks halda isə nəticə həm onlar, həm də Ermənistan üçün acınacaqlı olacaq. Dövlət başçısının bəyan etdiyi kimi, hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Deməli, bu cür ağılsızlıq davam etsə, o zaman Bakıdakı Qənimətlər Parkının eksponatları sırasına Fransanın və digər ölkələrin Ermənistana verdikləri silah-sursatlar əlavə ediləcək".
 

Deputat Elşən Musayev isə Trend-ə bildirib ki, heç şübhəsiz, Qərbin və Avropanın bir sıra dövlətlərinin hazırda bizə qarşı yürütdüyü siyasət məkrlidir, riyakardır və qəbuledilməzdir.

O qeyd edib ki, ona görə də cənab Prezident dünən Şuşa şəhərindən həmin saxtakarlara və oyunbazlara konkret mesajını göndərdi. Ki, Ermənistana verilən silahların kritik həddə çatdığını görsək, kimsə bizdən inciməsin.

"Bəli, inciməsinlər. İnciyirlərsə də dünəndən incisinlər. Hər halda oturub gözləyəsi deyilik ki, erməni təəssübkeşləri, Fransa kimi təxribatçı ölkələr rahat-rahat öz planlarını qursunlar, sərhəddə təhlükəli vəziyyət yaratsınlar, terror qruplaşmaları formalaşdırsınlar. Xeyr! Yekun etibarilə bütün namərd addımların və davranışların cavabı veriləcək. Həm də mütləq şəkildə veriləcək", - o deyib.

Deputat əlavə edib ki, Azərbaycan Vətən Müharibəsində sərgilədiyi qəhrəmanlıqla, apardığı müharibə ilə sübut etdi ki, nəinki erməninin, hətta onun arxasında dayananların da ağzının payını verməyə və bütün yırtıcı qüvvələri öz yerində oturtmağa qadirdir.

"Ona görə də həmin qüvvələr bundan sonra həddlərini bilməli, atdıqları addımları, həmin addımların nəticələrini hesablamalı və Azərbaycanın bölgədə əsas güc və nüfuz sahibi olmasını qəbul etməlidir. Əks halda öz başlarına bəla açacaqlar. Buna əmin olsunlar!", - deputat vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan Blinkenin müavini ilə sülh prosesini müzakirə etdi
Zelenski Böyük Britaniyaya gedir
Lukaşenko Ukrayna ilə bağlı planlarını ELAN ETDİ

Son günlər artan göz xəstəliklərinin səbəbi AÇIQLANDI

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Deputat kəndlilərlə görüşdü - Maraqlı dialoq
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Polis 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirən şəxsləri saxladı - VİDEO