Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir
26 Noyabr 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
385
10.05.2024, 20:42
Ermənistanda revanşist qüvvələr yenə baş qaldırsa və Fransanın bu ölkəyə verdiyi öldürücü silahlar kritik həddə çatsa, onda bizdən heç kim inciməsin.
Oxu24.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşdə deyib.
"Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Bizə müharibə lazım deyil, bizə torpaqlarımız lazım idi. Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin.
Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik", - Azərbaycan Prezidenti bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın siyasəti beynəlxalq hüquqa və ədalətə əsaslanır: "Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik".
"İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm", - dövlət başçısı əlavə edib.
19:05 / 26 Noyabr 2026
57
18:59 / 26 Noyabr 2026
38
18:56 / 26 Noyabr 2026
58
18:48 / 26 Noyabr 2026
69
18:42 / 26 Noyabr 2026
73
18:39 / 26 Noyabr 2026
106
18:29 / 26 Noyabr 2026
95
18:26 / 26 Noyabr 2026
100
18:17 / 26 Noyabr 2026
84
18:08 / 26 Noyabr 2026
94
18:02 / 26 Noyabr 2026
96
17:33 / 26 Noyabr 2026
968
17:07 / 26 Noyabr 2026
127
17:05 / 26 Noyabr 2026
117
17:00 / 26 Noyabr 2026
124
16:55 / 26 Noyabr 2026
117
16:40 / 26 Noyabr 2026
412
16:38 / 26 Noyabr 2026
128
16:23 / 26 Noyabr 2026
165
16:15 / 26 Noyabr 2026
145
16:08 / 26 Noyabr 2026
136
16:01 / 26 Noyabr 2026
138
15:58 / 26 Noyabr 2026
149
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.