Bakının erməni-bolşevik işğalından azad olunmasından 108 il ötür
14 Sentyabr 2026, 23:50
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
299
04.05.2024, 20:09
20:02
Mayın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub, Şuşa Bəyannaməsinin əməkdaşlığımızın hərtərəfli inkişafı üçün yol xəritəsi rolunu oynadığı vurğulanıb.
Əlaqələrimizin davamlı, sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr, İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya kimi çərçivə mexanizmlərinin əhəmiyyətli rol oynadığına dair həmfikirlik ifadə olunub.
Mövcud geosiyasi reallıqlar fonunda, Şərqlə Qərb arasında yükdaşımalarında Orta Dəhlizin əhəmiyyətindən bəhs olunub.
Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı kimi çoxtərəfli platformalarda da özünü büruzə verdiyi, qardaş ölkələrimiz arasında koordinasiyalı fəaliyyətin və qarşılıqlı dəstəyin davam etdirilməsi və gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Ermənistan-Azərbaycan sülh prosesinin cari vəziyyəti, son inkişaflar, o cümlədən dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan-Ermənistan dövlət komissiyası çərçivəsində əldə edilmiş nəticələr barədə qarşı tərəfə məlumat verilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
------
17:56
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə xarici işlər naziri Hakan Fidan görüşüb.
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş Banjulda, İslam Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısı çərçivəsində baş tutub.
.jpg)
23:50 / 14 Sentyabr 2026
117
23:31 / 14 Sentyabr 2026
43
23:13 / 14 Sentyabr 2026
70
22:51 / 14 Sentyabr 2026
92
22:40 / 14 Sentyabr 2026
79
22:25 / 14 Sentyabr 2026
192
22:16 / 14 Sentyabr 2026
68
22:13 / 14 Sentyabr 2026
211
22:03 / 14 Sentyabr 2026
84
21:59 / 14 Sentyabr 2026
143
21:48 / 14 Sentyabr 2026
62
21:39 / 14 Sentyabr 2026
57
21:33 / 14 Sentyabr 2026
72
21:28 / 14 Sentyabr 2026
83
21:11 / 14 Sentyabr 2026
73
20:58 / 14 Sentyabr 2026
769
20:42 / 14 Sentyabr 2026
179
20:34 / 14 Sentyabr 2026
495
20:19 / 14 Sentyabr 2026
73
20:10 / 14 Sentyabr 2026
197
19:55 / 14 Sentyabr 2026
118
19:45 / 14 Sentyabr 2026
526
19:34 / 14 Sentyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.