Qaynar xətt:

(+99450) 247 90 86

Zaxarovadan AÇIQLAMA: Ermənistansız da...

Zaxarovadan AÇIQLAMA: Ermənistansız da...

SİYASƏT

309

03.05.2024, 18:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan olmadan da, Avrasiyada təhlükəsizliyin təmin edilməsi üçün effektiv struktur olaraq qalacaq.

OXU24.COM  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

"Ermənistanın təşkilatdan çıxa biləcəyi və ya bilməyəcəyi ilə bağlı sual İrəvana ünvanlanmalıdır. Biz əvvəlki kimi erməni tərəfdaşlarımızın istənilən digər suveren ölkə kimi öz xarici siyasət kursunu, o cümlədən Təşkilatda gələcək fəaliyyət kontekstində müstəqil şəkildə müəyyən etməklə bağlı suveren hüququnu şübhə altına almırıq.

Xatırladım ki, Nizamnamənin 19-cu maddəsi Təşkilatdan çıxmaq imkanını müəyyənləşdirir. Bu halda dövlət KTMT üzrə öhdəliklərini tənzimlədikdən sonra Təşkilatdan çıxış tarixindən ən azı altı ay əvvəl rəsmi bildiriş göndərməlidir", - Rusiya XİN nümayəndəsi deyib