Əhaliyə şad xəbər: Milli Məclis bunu müzakirə edəcək
15 Sentyabr 2026, 14:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
245
30.04.2024, 14:20
29 aprel 2024-cü il tarixində minatəmizləmə sahəsində donor ölkələrin əlaqələndirmə formatı olan “Minatəmizləməyə Dəstək üzrə Qrup”un Cenevrə şəhərində keçirilmiş iclasında Azərbaycana minatəmizləmə sahəsində yardımların artırılması məsələsi müzakirə edilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, iclasda iştirak edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və ANAMA-nın nümayəndələri Ermənistan tərəfindən ölkəmizdə törədilmiş dağıntı və mina probleminin miqyası, mina qurbanları, minatəmizləmə sahəsində əldə edilən nailiyyətlər və çətinliklər, ehtiyac duyulan xarici yardımlar və mina problemi sahəsində Azərbaycanın beynəlxalq fəaliyyəti haqqında toplantı iştirakçılarını məlumatlandırıblar.
Azərbaycanlıların öz doğma torpaqlarına geri qayıdışına, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə, əhalinin təhlükəsizliyinə birbaşa təsir edən mina probleminin tezliklə aradan qaldırılmasına lazımi ölçüdə xarici dəstəyin göstərilməsinin zəruri olduğu diqqətə çatdırılıb. Bu yardımın humanitar həmrəyliyin şərti kimi inkişaf, sülh və barışığa yardım edə biləcəyi iclas zamanı vurğulanıb.
Tədbirdə ölkəmizdəki mina probleminin bu və ya digər aspektləri haqqında fikir mübadiləsi aparılıb və bu məsələ üzrə problemlərin həlli məqsədilə müzakirələrin davam etdirilməsi razılaşdırılıb.
14:10 / 15 Sentyabr 2026
11
14:00 / 15 Sentyabr 2026
45
14:00 / 15 Sentyabr 2026
15168
13:55 / 15 Sentyabr 2026
39
13:50 / 15 Sentyabr 2026
122
13:46 / 15 Sentyabr 2026
221
13:45 / 15 Sentyabr 2026
48
13:36 / 15 Sentyabr 2026
43
13:34 / 15 Sentyabr 2026
57
13:20 / 15 Sentyabr 2026
41
13:15 / 15 Sentyabr 2026
54
13:05 / 15 Sentyabr 2026
46
12:50 / 15 Sentyabr 2026
78
12:42 / 15 Sentyabr 2026
75
12:36 / 15 Sentyabr 2026
323
12:35 / 15 Sentyabr 2026
61
12:30 / 15 Sentyabr 2026
63
12:30 / 15 Sentyabr 2026
51
12:27 / 15 Sentyabr 2026
113
12:13 / 15 Sentyabr 2026
65
12:04 / 15 Sentyabr 2026
67
11:56 / 15 Sentyabr 2026
924
11:55 / 15 Sentyabr 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.