Rövşən Muradov: Ermənistan Qarabağ reallığını qəbul etməlidir
15 Sentyabr 2026, 15:14
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
331
30.04.2024, 11:34
Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaranma günüdür.
XTQ-nin yaradılmasından 25 il ötür.
XTQ Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulub. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.
XTQ-nin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb.
29 aprel 2015-ci il tarixində quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilib. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda XTQ-yə Hikmət Mirzəyev rəhbərlik edib.
Azərbaycan xüsusi təyinatlıları ümumilikdə Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alırlar. 500 namizəddən 30-u “Maroon beret” sertifikatı qazanır. Yeniyetmələrə günlərlə ac və susuz qalsalar da, həyatda qalmağı və vəzifələrini icra etməyi öyrədirlər. Odlu silahları və partlayıcıları əhatə edən silah təhsili də alırlar.
2016-cı ilin aprelində baş vermiş döyüşlərdə XTQ-nin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.
2020-ci il iyunun 20-də yeni xüsusi təyinatlı birlik yaradılıb. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirilib, ilk mərhələdə Azərbaycan XTQ-nin bölmələri də iştirak edib.
Vətən müharibəsi Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrin aktiv şəkildə istifadə edildiyi müharibə hesab olunur.
II Qarabağ - Vətən müharibəsi zamanı XTQ-nin şəxsi heyəti bir sıra əraziləri işğaldan azad edib. Noyabrın 8-də Prezident İlham Əliyev Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik edib. Ümumiyyətlə, müharibədəki taktiki qələbələrin bir çoxu XTQ-nin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilib.
XTQ-nin 36 hərbi qulluqçusu Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
15:14 / 15 Sentyabr 2026
14
15:11 / 15 Sentyabr 2026
10
15:07 / 15 Sentyabr 2026
24
15:04 / 15 Sentyabr 2026
30
15:01 / 15 Sentyabr 2026
30
14:59 / 15 Sentyabr 2026
36
14:56 / 15 Sentyabr 2026
35
14:40 / 15 Sentyabr 2026
44
14:37 / 15 Sentyabr 2026
34
14:30 / 15 Sentyabr 2026
48
14:10 / 15 Sentyabr 2026
48
14:00 / 15 Sentyabr 2026
57
14:00 / 15 Sentyabr 2026
15398
13:55 / 15 Sentyabr 2026
50
13:50 / 15 Sentyabr 2026
218
13:46 / 15 Sentyabr 2026
344
13:45 / 15 Sentyabr 2026
64
13:36 / 15 Sentyabr 2026
49
13:34 / 15 Sentyabr 2026
70
13:20 / 15 Sentyabr 2026
45
13:15 / 15 Sentyabr 2026
60
13:05 / 15 Sentyabr 2026
50
12:50 / 15 Sentyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.