Qaynar xətt:

(+99450) 247 90 86

“ABŞ Ukraynaya kömək üçün 6 milyardlıq müqaviləyə hazırlaşır” – “Politico”

“ABŞ Ukraynaya kömək üçün 6 milyardlıq müqaviləyə hazırlaşır” – “Politico”

SİYASƏT

249

26.04.2024, 21:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Vaşinqton Ukraynaya silah və texnikanın tədarükü üçün Amerika firmaları ilə 6 milyard dollarlıq müqavilələr bağlamağa hazırlaşır”.

Bu barədə “Politico” qəzeti iki amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Onların fikrincə, bu yolla Amerika administrasiyası Kiyev üçün ən böyük yardım paketlərindən birinə son nöqtələri qoyur.

Mənbələrin bildirdiyinə görə, bura “Patriot” hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri, dronlar və digər texnika olacaq.

Nəşr vurğulayır ki, sözügedən silahlar çox güman ki, Ukraynaya yalnız bir neçə ildən sonra gələcək, çünki müqavilələr ABŞ ehtiyatlarından birbaşa çatdırılma deyil, Kiyev üçün yeni silah və texnikanın istehsalını nəzərdə tutan Ukrayna Təhlükəsizliyinə Yardım Təşəbbüsü çərçivəsində bağlanıb.