Qaynar xətt:

(+99450) 247 90 86

“ABŞ-nin yardımından sonra Ukraynanın itkiləri artacaq”

“ABŞ-nin yardımından sonra Ukraynanın itkiləri artacaq”

SİYASƏT

340

26.04.2024, 09:27

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“ABŞ-nin Kiyevə uzaqmənzilli raketlər tədarükü xüsusi hərbi əməliyyatın nəticəsini dəyişməyəcək, lakin Ukraynanın itkiləri daha çox olacaq”.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalist Pavel Zarubinlə söhbətində bildirib.

“ABŞ xüsusi hərbi əməliyyatın nəticəsi baxımından heç nəyi dəyişdirə bilməyəcəklər. Nəticə qabaqcadan bəllidir. Cəbhədəki vəziyyətin indiki dinamikası da bunu göstərir. Biz qalib gələcəyik”, - Peskov bildirib.

Eyni zamanda, mətbuat katibi qeyd edib ki, bu cür silahlarla Ukrayna daha çox zərər görəcək və orada daha çox qurbanlar, dağıntı olacaq:

“Çünki, Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi, silahların çeşidi artarsa, ərazimizi, vətəndaşlarımızı qorumaq üçün lazım olan sanitar, bufer zona, təhlükəsizlik zonası genişlənəcək”.

Peskovun sözlərinə görə, ABŞ-nin Kiyevə uzaqmənzilli raketlər göndərməsi Amerika Birləşmiş Ştatlarının Ukrayna ətrafındakı münaqişədə birbaşa iştirakının daha bir təsdiqidir.