Qaynar xətt:

(+99450) 247 90 86

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir

Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir

SİYASƏT

589

25.04.2024, 21:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Prezidentinin təyyarəsi Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə uçuş həyata keçirir.

 

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşım edib.

 

“Unudulmaz və tarixi uçuş: Füzulidən Berlinə! Möcüzələr inandığınız zaman baş verir!” - dövlət rəsmisi bildirib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gəlib.

Oxu24.com  xəbər verir ki, Berlin şəhərinin Brandenburq “Willy Brandt” Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

 

Miri