Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
107079
az

“Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik” - İlham Əliyev

13:5525 Aprel, 2024
170
SİYASƏT
  • A

“Rusiya-Ukrayna müharibəsinin necə başa çatacağını bilmirəm. Əgər kimsə bilirsə, yəqin ki, Nobel Sülh Mükafatına namizəd olmalıdır. Düşünmürəm ki, indi bunun necə başa çatacağını heç kim bilmir. Amma mən bunu belə deyərdim, nə vaxtsa bitəcək, çünki müharibələr gec-tez dayanır. Təcrübəmizdən deyə bilərəm. Biz 1994-cü ilin mayında atəşkəs sazişini imzalayanda, əslində, müharibə dayanmadı. Beləliklə, Rusiya ilə Ukrayna arasında oxşar bir vəziyyət ola bilər”.

Oxu24.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 23-ü ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda bildirib.

“Əgər onlar müharibənin aktiv fazasını dayandırmaq barədə razılığa gəlsələr, bu, müharibənin dayandırılmasına zəmanət olmayacaq. Zaman-zaman, yəni, işğal dövründə təmas xəttində gərginlik, təxribat qrupları olub, snayper döyüşümüz olub, bu və ya bir sıra digər çox təhlükəli hadisələr baş verib. Bizim təmas xəttimiz isə bugünkü təmas xəttindən və ya Rusiya ilə Ukrayna arasındakı döyüş xəttindən xeyli qısa idi. Təsəvvür edin ki, atəşkəs sazişi imzalanıb. Bu, sülhün gələcəyinin zəmanəti olacaq? Yox. Biz 28 il gözlədik və ondan sonra suverenliyimizi güc yolu ilə bərpa etdik. Biz bunu haqlı olduğumuz və edə bildiyimiz üçün etdik. Bizim üçün bu, ölüm-dirim məsələsi idi. Biz o zaman əmin deyildik ki, kimlər Ermənistan tərəfindən çıxış edəcək. Fərqli variantlar ola bilərdi. Onların heç biri bizim üçün xoş deyildi. Amma o zaman biz bu barədə düşünmürdük, ya suveren ləyaqətimizi bərpa etməli, ya da hamımız ölməli idik. Bizim yanaşmamız belə idi. Gözlədik, güc topladıq, beynəlxalq arenada işlədik. Biz mövqeyimizi sübuta yetirməyə və təcavüzün qurbanı olduğumuzu izah etməyə çalışırdıq, lakin bu, heç bir nəticə vermədi. Bəli, beynəlxalq qurumlar qətnamələr, qərarlar qəbul etdilər, amma bunlar icra olunmadı, icra mexanizmi yox idi. Beləliklə, biz bunu güc yolu ilə icra etdik. Dediyim kimi, biz sülhü müharibə ilə gətirdik. Bu da bir seçimdir və bunun mümkün olduğunu nümayiş etdiririk. Odur ki, dediyim kimi, praktiki cavabım yoxdur, məncə, bunun nə vaxt dayanacağını heç kim bilmir. Ancaq dayansa belə, təkrar olunmayacağına zəmanət yoxdur.

Azərbaycan nə edə bilər? Heç nə. Tamamilə praktiki baxımdan heç nə. Biz Ukraynaya 30 milyon avrodan artıq humanitar və maliyyə yardımı etdik. Böyük Azərbaycan diasporunun olduğu və bir çox sosial infrastrukturun Azərbaycan tərəfindən bərpa edildiyi İrpen şəhərində yenidənqurma işləri aparırıq. Daha heç bir şey. Bizdən istənilsə də, biz Ukraynaya silah vermirik, bunu açıq şəkildə deyə bilərik, etməyəcəyik. Humanitar yardım - bəli, silah – yox, bu, mənim cavabımdır. Etnik, dini baxımdan bir-birinə çox yaxın olan iki xalq üçün bu, böyük faciədir. Müharibədən qaçmaq şansı var idimi? Məncə, var idi. Əvvəlki illərdə Ukrayna liderlərinin Rusiya ilə normal münasibətlər qurmaq şansı var idimi? Tam əminəm ki, var idi. Bəli, mən indicə Rusiya-Azərbaycan münasibətlərindən danışırdım. Biz qonşuyuq. Biz güclü tərəfdaşlıq əlaqələri qurmuşuq. Biz bir-birimizin suverenliyinə hörmət edirik. Biz bir-birimizin işinə qarışmırıq. Rusiya ilə Ukrayna arasında belə ola bilməzdimi? Əlbəttə, mümkün idi. Ruslar Ukraynaya çox yaxın insanlardır. Niyə baş vermədi? Kimdir günahkar? Mənim fikrim var, amma bunu paylaşmayım. Amma məncə, 2000-ci ilin əvvəllərində şans əldən verildi. Ukraynanın güclü dövlət qurmaq şansı əldən verildi. Bu, mənim təcrübəmə və biliyimə əsaslanan şəxsi fikrimdir. Mən ilk prezidentdən başqa bütün Ukrayna prezidentlərini tanıyırdım və onlarla işləmişəm. Mən 2003-cü ildən bu kürsüdəyəm. Mən bir şey deyəndə bilirəm və təcrübəm olduğu üçün deyirəm, kimsə mənə nəsə deməyib. Mən Rusiya-Ukrayna münasibətlərində bir çox məqamların şahidi olmuşam: gərginlik, dostluq, düşmənçilik, lakin heç vaxt bu gün gördüyümüz səviyyəyə qədər çatmamışdı. Təəssüf ki, bu, faciəli vəziyyətdir və hər gün insanlar ölür. Dayandırılmalıdır. Kim dayandıra bilər? Mən bilmirəm. Yaddaşımdan bəzi epizodları açıqlaya bildiyim üçün maksimum dərəcədə açıq olmağa çalışdım”, - dövlət başçısı vurğulayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Fidanla Lavrov arasında KRİTİK MÜZAKİRƏ
Gürcüstan paytaxtı yenidən QARIŞIR
Gizli sənədlər sızdırıldı: böyük savaşa hazırlıq gedir - 800 minlik ordu bura gətiriləcək

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi