Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1070
az

Ermənistanda nazir istefa verdi, etirazçılara qoşuldu

21:3725 Aprel, 2018
1017
SİYASƏT
  • A
 Ermənistanda idman və gənclərlə iş üzrə nazirin səlahiyyətlərini icra edən Qraçya Rostomyan istefa verib.

“Oxu24.com” erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə feysbuk hesabında bəyanat yayan nazir istefanın ölkədə gedən aksiyalarla əlaqədar olduğunu bildirib. Bəyanatda qeyd edilib ki, o, “Çiçəklənən Ermənistan” partiyasının üzvü kimi partiya sədri Qaqik Tsarukyanın ümummilli birləşmə çağırışını dəstəkləyir və etiraz aksiyalarına qoşulur. Bununla kifayətlənməyən Rostomyan Ermənistan Respublika Partiyası və “Daşnaksütyun” partiyasından olan həmkarlarını xalqa qoşulmağa çağırıb.

Onu da qeyd edək ki, etirazlara nazirlə yanaşı ölkənin tanınmış idmançıları da qoşulublar. Onların arasında olimpiya, həmçinin dünya çempionları var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi