Şoyqudan Paşinyana sərt sözlər
17 Sentyabr 2026, 21:59
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
349
07.04.2024, 14:47
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Gürcüstan və Türkiyə hökumətləri arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması məqsədilə ilkin məlumat mübadiləsini nəzərdə tutan Sazişi təsdiqləyib.
Oxu24.com xəbər verir ki, bu barədə yeni qanunvericilik və digər rəsmi elanları dərc edən Türkiyə Respublikasının Rəsmi Qəzetində diqqətə çatdırılıb.
“18 avqust 2022-ci il tarixində Bakı imzalanmış əlavəli “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsinə dair Saziş”in təsdiqlənməsinə 244 saylı Qanunun 5-ci maddəsi ilə 9 saylı Prezident Sərəncamının 2-ci və 3-cü maddələrinə əsasən qərar verilmişdir”, – sənəddə qeyd olunub.
Xatırladaq ki, Sazişi Azərbaycan hökuməti adından Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədrin vəzifələrini müvəqqəti icra edən Şahin Bağırov, Türkiyə hökuməti adından bu ölkənin ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay və Gürcüstan hökuməti adından bu ölkənin Gəlirlər Xidmətinin Baş direktoru Levan Kakava imzalayıb.
Sənədin məqsədi hər üç dövlətin ərazisindən keçməklə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində tranzit qaydada daşınan yüklərə dair gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumatların elektron mübadiləsinin həyata keçirilməsidir.
23:58 / 17 Sentyabr 2026
26
23:48 / 17 Sentyabr 2026
50
23:46 / 17 Sentyabr 2026
121
23:38 / 17 Sentyabr 2026
151
23:33 / 17 Sentyabr 2026
54
23:20 / 17 Sentyabr 2026
58
23:10 / 17 Sentyabr 2026
68
22:42 / 17 Sentyabr 2026
78
22:29 / 17 Sentyabr 2026
69
22:17 / 17 Sentyabr 2026
72
22:15 / 17 Sentyabr 2026
219
21:59 / 17 Sentyabr 2026
84
21:46 / 17 Sentyabr 2026
160
21:39 / 17 Sentyabr 2026
97
21:27 / 17 Sentyabr 2026
301
21:24 / 17 Sentyabr 2026
145
20:35 / 17 Sentyabr 2026
182
20:30 / 17 Sentyabr 2026
71
20:26 / 17 Sentyabr 2026
78
20:17 / 17 Sentyabr 2026
74
20:07 / 17 Sentyabr 2026
71
19:56 / 17 Sentyabr 2026
1188
19:50 / 17 Sentyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.