Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10423
az

"Dünyanın heç bir yerində insanlara bu formada güzəşt edilməyib” -Hadi Rəcəbli kreditlərdən danışır

16:0928 Fevral, 2019
930
SİYASƏT
  • A
 

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının çox böyük əhəmiyyəti var. Dünyanın heç bir yerində bu cür addım atılmayıb, insanlara bu formada güzəşt edilməyib”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

Komitə sədri qeyd edib ki, bu addımın mərkəzində vətəndaş dayanır:

“Təbii ki, banklar da buradan faydalanacaqlar. Xüsusi qeyd edirəm ki, burada əsas vətəndaşın mənafeyi qorunur. Prezident İlham Əliyev bu addımla xalqa yaxın olduğunu bir daha göstərdi. Bu fərman bank sisteminə də dəstəkdir, banka etibar edənlərin, pul yatıranların sayı artacaq. Ölkənin maliyyə sistemində təkmilləşdirilmə aparılır. Prezident İlham Əliyev çıxışlarında 2019-cu ilin islahatlar ili olacağını qeyd edirdi. Prezident həmin vədi yerinə yetirir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb