Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10422
az

İranda “Qarabağ Ermənistanındır!” şüarı qaldırıldı

15:5028 Fevral, 2019
1172
  • A
 
“İranda Ermənistanın baş naziri Nikol Paşinyanın ermənilərlə görüşündə açıq-aşkar qaldırılan şüara İran rəsmiləri mütləq açıqlıq gətirməlidirlər”.

Oxu24.com  bildirir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədəki paylaşımında yazıb.

Deputat bildirib ki, həmin plakatda “Qarabağ Ermənistanındır!” yazılmasının heç şübhəsiz ki, İran hakimiyyətinin razılığı ilə baş verib və bununla İran Azərbaycan ərazilərinin işğal olunmasına loyal münasibətini ortaya qoymuş olur: “Biz İrana qarşı sanksiyalara qarşı çıxdığımız halda, İranın Azərbaycana münasibətdə bu cür qonşuluq prinsiplərinə uyğun gəlməyən davranışına qarşı sözümüzü açıq şəkildə deməliyik. Doğrudur, bu cavablar Azərbaycanda bir çox İran sevdalılarının xoşuna gəlməyəcək, ancaq müstəqil dövlətimizin qırmızı cizgisini tapdalayanlara qarşı həm Güney Azərbaycandakı soydaşlarımız, həm də Müstəqil Azərbaycandakı vətəndaşlarımız bütün platformalarda sərt cavab verməlidirlər.

Biz İran-Ermənistan münasibətlərinə qarışmırıq, özünü müsəlman adlandıranların ermənilərə sevgisinə də bir söz demirik, lakin Azərbaycanın ərazi bütövlüyümüzü təhdid edən və rəsmi Tehran tərəfindən dəstəklənən bu siyasi tərbiyəsizliyə qarşı öz mövqeyimizi ortaya qoymalıyıq”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident Rüfət Əzizova yüksək     vəzifə       verdi
Bir qrup gəncə Prezident mükafatı verildi- Siyahı
Bu komitənin tərkibi dəyişdi- Sədr Samir     Şərifov      oldu

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu