“İranın teokratik rejimi Azərbaycana olan bütün kin-küdurətini işə salıb. Bundan İrandakı ermənilər və Ermənistan tərəfi fəal şəkildə yararlanmağa çalışır. Yəni, cəmi 100 min nəfər olmalarına baxmayaraq, Dağlıq Qarabağın təşviq edilməsi məqsədilə bundan istifadə etmək istəyirlər”.
Bu fikirləri AzVision.az -a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Politoloq qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın İrana səfərinin bütün protokol qaydaları əvvəlcədən razılaşdırılıb. “O cümlədən, erməni icmasının üzvləri ilə “Ararat” idman klubunda görüşü də protokol qaydalarına daxildir. Yəni İran istəsəydi, protokol qaydalarında bayraq qaldırılmasına, orada “Qarabağ bizimdir, bizim olacaq” kimi şüarın nümayiş etdirilməsinə imkan yaratmazdı. Amma, İran tərəfi bunlara icazə verdi. Ümumən Paşinyanın İrana səfərinin hər addımı, bu ölkənin siyasi rəhbərliyi tərəfindən onun yüksək səviyyədə qarşılanması, cırtdan və işğalçı dövlətə isti münasibətin göstərilməsi diqqətdən yayınmır. Əlbəttə, ölkəyə qonaq gələn dövlət başçısına qonaqpərvərlik, yüksək qarşılanma qaydaları tətbiq oluna bilər və burada qeyri-adi hal yoxdur. Amma protokol qaydalarının hər addımında Azərbaycanın əleyhinə yönəlmiş nüansların olduğunu görməmək mümkün deyil”, - deyə politoloq İranın Azərbaycana qarşı təxribata göz yumduğunu bildirib.
Q.Hüseyinli xatırladıb ki, Azərbaycan Şimal-Qərb dəmir və şosse yollarının müəlliflərindən biridir: “Bu istiqamətdə dəmir yolunu işə salmaq üçün İrana 400 milyon dollar faizsiz kredit verib. İran tərəfi söz vermişdi ki, ötən ilin sonuna qədər Astara-Rəşt dəmir yolu xəttini bitirəcək. Amma çəkmədilər və kreditin taleyi barədə açıqlama da vermirlər. Artıq Azərbaycan dəmir yolu və şosse xəttini işə salıb. Bu infrastruktur olduğu halda Ermənistan ərazisindən ikinci bir Şimal-Cənub nəqliyyat dəhlizi haqqında sövdələşmələr aparırlar. Üstəlik, bura Gürcüstanı, hələlik reallaşmayan Abxaziyadan keçən dəmir yolu xəttini də əlavə edirlər. Sanki, Azərbaycana alternativ, Azərbaycana ziyan vuracaq bir layihənin ərsəyə gətirilməsinə çalışırlar. Eyni ilə qaz layihələri barədə də təkrarlamağa cəhdlər edirlər. Ermənistan tərəfi yaxşı başa düşür ki, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara görə, rəsmi Tehranla əməkdaşlıq onu təhdidlərlə üz-üzə qoyacaq. Amma İranın molla rejimi başa düşməlidir ki, nə qaz, nə də nəqliyyat dəhlizi xəyal məhsulundan başqa bir şey deyil. Ermənistanın həm coğrafiyası, həm də indiki maddi durumu belə irimiqyaslı layihələri həyata keçirmək üçün heç bir perspektiv vəd etmir. Belə layihələr artıq Azərbacan tərəfindən işə salınıb, uzun müddətdir işlək vəziyyətdədir”.
Sabiq dövlət müşaviri hesab edir ki, İranın belə addımlarının sözün həqiqi mənasında Azərbaycana qarşı çevrildiyini duymaq üçün böyük siyasətçi olmağa gərək yoxdur.
"Sankiyalar altında boğulan İranın çox iddialı proqramlarla, iqtisadi layihələrlə çıxış etməsi göstərir ki, bu daha çox təbliğat, Azərbaycanı qıcıqlandırmaq məqsədi daşıyır. İran burnundan bir az qabağı düşünsəydi, bilərdi ki, Azərbaycan onun atdığı addımlara bənzər addımlar atsa, bu ölkənin iqtisadi-siyasi vəziyyəti necə ağır duruma düşər. Maraqlı dövlətlər Azərbaycan ərazisindən İran üçün hansı böyük təhdidlər yarada bilərlər. Azərbaycan buna getmir və icazə vermir. Belə olduğu təqdirdə isə İran siyasiləri irəli gedərək 100 minlik ermənilərə universitet, erməni dillində orta məktəblər açmağa, radio verilişləri yayımlamağa icazə verirlər və.s. İranda ermənilərin böyük bir mədəni muxtariyyəti var və ondan ciddi surətdə yararlanırlar. Amma iranın təməlini təşkil edən, min illər boyu oranı idarə etmiş və orada böyük imperiyalar yaratmış türklər isə bu gün sıxışdırılır, ana dilləri yasaq edilib. Azərbaycanlılara öz dillərində universitet, televiziya, radio verilişləri yayımlamaq, ən əsası ana dilində təhsil almaq qadağan edilib. Bu hal heyrət doğurur və bu amalda mübarizə aparanlar dərhal həbsə atılır. Hesab edirəm ki, Paşinyanın İranda dəbdəbəli qarşılanmasından sonra, Azərbayca dövləti, o taylı-bu taylı bütün Azərbaycan xalqı özləri üçün nəticə çıxarmalı və bundan sonrakı addımlarında İranın qıcıq verən, ziyan vurmağa çalışan fars şovinizminə qarşı daha mübariz sıralarla birləşməli, bu şovinizmi, sayı 50 minə çatan Azərbaycan türklərinə qarşı bütün fitnə fəsadları zərərsizləşdirməldir”, – deyə Q.Hüseynli vurğulayıb.
Oxu24.com
ŞƏRHLƏR