Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10376
az

Milli Şuranın mitinqi ilə bağlı qərar verildi

14:2027 Fevral, 2019
869
SİYASƏT
  • A
 Milli Şuranın martın 2-də keçirmək istədiyi mitinqə icazə verilməyib. 

Oxu24.com xəbər verir ki,  verdiyi xəbərə görə, bu gün Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunu təşkilatçılardan Vidadi Məhərrəmov və İlham Hüseyn götürüb.

Məktubda qeyd olunub ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən dərhal sonra bəzi toplantı iştirakçıları tərəfindən yol verilmiş qanun pozuntuları, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törətmələri və polisin qanuni tələblərinə qarşı tabesizlik göstərmələri şəhər sakinlərinin haqlı narazılığına, Bakı Şəhər İcra Hakimiyyətinə və hüquq mühafizə orqanlarına çoxsaylı müraciətlərinə səbəb olub və bu haqda müraciətlər hələ də davam etməkdədir.

Bununla əlaqədar Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciətlər ünvanlanıb.

Bu da mitinq təşkilatçılarının “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununun 12-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmək imkanında olmadıqları qənaəti yaradır. Qeyd olunanları və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanununun 7-ci maddəsinin I hissəsini nəzərə alaraq 2 mart 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda planlaşdırılan mitinq məqsədəuyğun hesab edilmir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı