Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10360
az

Azərbaycandan SARSIDICI ZƏRBƏ: Paşinyan ŞOKDA

00:1527 Fevral, 2019
1008
SİYASƏT
  • A
Ermənistanda xalqa hakimiyyət dəyişikliyindən sonra “iqtisadi inqilab” vədi verən Nikol Paşinyan hökumətini biabır edən rəqəmlər açıqlanıb.

Oxu24.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, respublikanın Milli Statistika Komitəsinin məlumatlarına əsasən, 2019-cu ilin yanvarında ixrac 2018-ci ilin yanvarı ilə müqayisədə 15,8 faiz azalıb.

İdxal isə 3,3 faiz azalıb. Bununla da, ticarət dövriyyəsində ixrac və idxal arasındakı fərq daha da artıb. Yanvarın sonuna olan məlumata əsasən, Ermənistandan ixracın həcmi 145,4 milyon, idxal isə 317,3 milyon dollar təşkil edib.

Xatırladaq ki, Ermənistanın yeni hökumət proqramı “iqtisadi inqilabın startı” adlandırılır. Proqramda Ermənistanda illik ÜDM-in ən azı 5 faiz artımının təmin ediləcəyi göstərilir. Lakin hazırkı blokada şəraitində “iqtisadi inqilab”ın həyata keçirilməsi mümkünsüz hesab edilir.

İşğalçılıq siyasətinə görə, Ermənistan iqtisadiyyatının çökdüyü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də dilə gətirilib. Prezident İlham Əliyev 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirdi ki, məhz işğalçılıq siyasətinə görə Ermənistan Azərbaycan tərəfdən bütün regional layihələrdən təcrid edilib.

“Keçən il Ermənistanda böyük dəyişikliklər baş verdi. İyirmi il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut etdi. Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti də mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edildi. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çökdü. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni, əhalinin azalması prosesi geniş vüsət alıbdır. Azərbaycan dünyaya sübut etdi ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verdi, kriminal rejim çökdü və Ermənistanda yeni vəziyyət yarandı”, - deyə Azərbaycan Prezidenti vurğulamışdı. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Prezident onu rektor təyin etdi- Sərəncam
AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi- Sərəncam
Ərdoğan Putinlə telefonla danışdı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO