Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10299
az

İcra başçısının qəfil ölümündə DƏHŞƏTLİ MƏQAM

12:5025 Fevral, 2019
1455
SİYASƏT
  • A
 
Bu gün qəfil dünyasını dəyişən Naftalan şəhərinin icra başçısı Rövşən İbrahimovun dəm qazından boğulduğu bildirilib.

Oxu24.com xəbər verir  ki, bu barədə Axar.az-a başçı ilə eyni binada yaşadığını bildirən ictimai fəal Fimar Asimqızı deyib. O qeyd edib ki, başçı Yasamal rayonunda yaşayırmış.

"Yaşadığımız bina 1990-cı ildə istifadəyə verilib, amma baca o vaxtdan bir dəfə də təmizlənməyib", - o deyib.

{banner_reklam}


Onun sözlərinə görə, hadisə baş verən vaxt onun həyat yoldaşı işdə olub:

"Həyat yoldaşı Yasamaldakı 286 saylı məktəbdə müəllimə işləyir. Qonşuların dediyinə görə, hadisə baş verən vaxt başçısının həyat yoldaşı evdə olmayıb. Rövşən müəllim özü isə hamamda olub və dəm qazından da orada zəhərlənib".

F.Asimqızı onu da deyib ki, R.İbrahimovun Londonda təhsil alan oğlu faciə barədə məlumatlıdır və hazırda Bakıya qayıdır.

Səhiyyə Nazirliyindən saytımıza bildirilib ki, R.İbrahimovun dəm qazından dünyasını dəyişməsi barədə onlarda məlumat yoxdur:

“Rəsmi müraciət olunarsa, fakt araşdırılacaq”, - SN mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, bu gecə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, 1967-ci il təvəllüdlü Rövşən İbrahimov dünyasını dəyişib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı