Qaynar xətt:

(+99450) 247 90 86

Vəfat edən icra başçısının 52 yaşı olub - DOSYE

2019-02/1551074601_19_02_25_1551073414.jpg

SİYASƏT

995

25.02.2019, 10:02

\"\"  Xəbər verildiyi kimi, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov vəfat edib.
Oxu24.com -un  məlumatına görə, R. İbrahimovun 52 yaşı olub. Rövşən Hüseyn oğlu İbrahimov 1967-ci ildə Siyəzən rayonunda anadan olub. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirərək, “İnşaat mühəndisliyi” ixtisasına yiyələnib. 1986-1988-ci illərdə həqiqi hərbi xidmətdə olub. Əmək fəaliyyətinə 1991-ci ildən “AZNEFT” İstehsalat Birliyinin “Xəzərdənizneftqaztikinti” trestində iş icraçısı olaraq başlayıb. ARDNŞ-də (SOCAR) müxtəlif sahələr üzrə rəhbər vəzifələrdə çalışıb. Fevral 2011-ci ildən 18 may 2018-ci il tarixinədək ARDNŞ-də Sosial İnkişaf İdarəsinin Tikinti Departamentinin rəisi vəzifəsində işləyib. Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 19 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən “Tərəqqi”  medalı ilə təltif edilib. Prezident İlham Əliyevin 18 may 2018-ci il tarixili sərəncamı ilə Rövşən Hüseyn oğlu İbrahimov Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. Yeni Azərbaycan Partiyasının üzvü olub.  Ailəlidir, iki övladı var.