Qaynar xətt:

(+99450) 247 90 86

İlham Əliyev Türkiyədə səfərdədir

2018-04/1524581263_eliyev.jpg

SİYASƏT

1298

24.04.2018, 18:46

\"\" Prezident İlham Əliyev aprelin 24-də Türkiyə Respublikasına rəsmi səfərə gəlib.
\"Oxu24.com\"  AzərTac-a istinadən xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Ankaranın “Esenboğa” hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlət başçısını Türkiyənin Baş nazirinin müavini Fikri İşık və digər yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar. Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Dövlət  başçısı fəxri qarovul dəstəsini salamlayıb.