Qaynar xətt:

(+99450) 247 90 86

Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikdirir - FOTO

Mehriban Əliyeva Qarabağ əlili üçün ev tikdirir - FOTO

SİYASƏT

874

22.02.2019, 14:34

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" 
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Ucar rayonu, Qaracallı kənd sakini, ağır mənzil-məişət şəraitində yaşayan ikinci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımov üçün fərdi ev tikilməsi barədə tapşırıq verib. Bu barədə Heydər Əliyev Fondundan məlumat verilib.
Şöhrət Qasımovun Fondun “Regional İnkişaf” İctimai Birliyinə daxil olmuş müraciəti əsasında əraziyə baxış keçirilib və tikinti ilə bağlı layihələndirmə işləri aparılıb. Ev Heydər Əliyev Fondunun vəsaiti hesabına Şöhrət Qasımova məxsus həyətyanı sahədə inşa olunacaq. Yeni evin tikintisinin yaxın müddətdə yekunlaşması nəzərdə tutulur. \"\" \"\"