Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10119
az

Azərbaycan səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu

14:1320 Fevral, 2019
1048
SİYASƏT
  • A
 

Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı və bu təşkilata bağlı strukturlarla  əməkdaşlığa məsul Xüsusi Tapşıqlar üzrə Səfiri Elşad İsgəndərovun Türkiyəyə girişinə qadağa qoyulub.

Oxu24.com   xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Elşad İsgəndərov Azərbaycan-Türkiyə münasibətlərinə "kölgə düşürməkdə” günahlandırılır. Bu barədə qərar İslam Əməkdaşlıq Təşkilatının yanvarın 15-də keçirilən toplantısında qalmaqallı açıqlamadan sonra verilib.
 
Belə ki, tədbir zamanı Körfəz ölkələrindən birini təmsil edən, adı açıqlanmayan səfirlərdən biri "Azərbaycan Xarici İşlər Nazirliyindən olan səlahiyyətli şəxs bizim ölkənin Bakıdakı səfirliyinə gələrək Türkiyənin bizə qarşı təxribat hazırladığını söyləyib” deyərək izahat tələb edib.

Həmin səfirin bu sözlərindən sonra Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Şahin Abdullayev məsələni Azərbaycanda aidiyyatı qurumlara məruzə edəcəyini bəyan edib.
 
Açıqlamadan sonra məsələ ilə bağlı araşdırma aparan Azərbaycan tərəfi problemin Xarici İşlər Nazirliyinin verdiyi yalnış bilgi səbəbi ilə bu nöqtəyə gəlib çıxdığı müəyyənləşib. Azərbaycan adından xarici səfirliyə məlumat verən şəxsin Elşad İsgəndərovun olduğu ortaya çıxandan sonra onun Türkiyəyə giriş və səyahətinə qadağa qoyulub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Samir Şərifov Baş nazirin müavini təyin edildi
Bakı aeroportunda əməliyyat: Daha bir məmur külli miqdarda qızılla tutuldu
Jurnalistlər gəlir vergisindən azad ediləcək- Prezident təsdiqlədi

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı