Qaynar xətt:

(+99450) 247 90 86

DSX məlumat yaydı:Ermənistan-Azərbaycan dövlət sərhəddində nə baş verib?

2019-02/1550646065_images-26.jpg

SİYASƏT

919

20.02.2019, 11:01

\"\"  Axşam saatlarından etibarən erməni KİV-ləri və sosial şəbəkələrdə əsassız olaraq Ermənistan-Azərbaycan dövlət sərhəd xəttində yerləşən mövqelərimizdə yanğınların baş verdiyini iddia edilir.
Bu barədə Ermənistanın Tavuş vilayətinin Koti kənd sakini Vahan Azibekyan öz \"Facebook\" səhifəsində yazıb. O, Koti kəndindən çəkilmiş şəkillərə əsasən, mövqelərimizdə yanğın baş verdiyinin müşahidə edildiyini yazıb. Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətindən  Oxu24.com -a verilən məlumata görə, düşmənin yaydığı informasiya həqiqəti əks etdirmir və mövqelərimizdə heç bir yanğın baş verməyib. Baş verən yanğınlar düşmən tərəfindən daha öncədən müəyyən ərazidə başladılıb, yanğınlar ərazilərimizə doğru irəliləsə də, sonradan küləyin istiqamətini dəyişməsi nəticəsində əks tərəfə yönəlib.