Sakinlər bu şadlıq evindən ŞİKAYƏT EDİR
01 Noyabr 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
ŞİKAYƏTLƏR
11312
31.03.2021, 11:36
Azərbaycanda pandemiya dövründə kreditini ödəyə bilməyən vətəndaş bank tərəfindən məhkəməyə verilib.
Bu barədə Oxu24.com saytına Ucar rayon sakini Abbas Həsənov məlumat verib. Vətəndaşın sözlərinə görə,panemiyadan öncə Access Bankdan 5000 manat məbləğində kredit götürüb. Pandemiya dövrünə qədər vətəndaş bütün ödənişləri vaxtında edib və heç bir problem olmayıb.
“2020-ci ilin fevralına kimi aylıq ödənişi edirdim. Mart ayında işdən çıxdığım üçün kredit ödənişində problem yarandı. Ölkədə sərt karantin rejimi tətbiq edildiyi üçün iş tapa bilmədim. Həmin müdətdə krediti ödəyə bilmədim. Bankdan mənə zəng edəndə bildirdim ki, iş yerimiz bağlanıb, sərt karantin olduğu üçün iş ə tapa bilmirəm. Aylıq ödənişin 100 manata salınmasını xahiş etdim. Amma bank buna razı olmadı. Mənə sərt pandemiya dövründə cərimələr və faizlər yazıldı. Bu gün məni məhkəməyə veriblər.”
Vətəndaşın bildirdiyinə görə məhkəmə 31 mart 2021-ci il tarixdə Ucar Rayon Məhkəməsində keçiriləcək. Şikayətçinin iddiasına görə ona yazılan cərimələr və faizlər qanunsuzdur. İndi işləmirəm,öhdəmdə iki azyaşlı uşaq var. Anama,qardaşıma da mən baxıram. Bu qədər çətin durumda mən bu cəriməni necə ödəyim?
“ Ölkə Prezidentinin tövsiyyə xarakterli çıxışı oldu. Cənab Prezident Mərkəzi Banka tövsiyyəsində bildirdi ki, vətəndaşlara kredit faziləri və cərimələr dayandırılsın. Həmçinin Mərkəzi Bankın da bu mövzuda tövsiyyəsi oldu. Amma Access Bank bu gün Prezidentin və Mərkəzin Bankın tövsiyyəsini heçə sayaraq mənə cərimə və faiz hesablayıb. Pandemiya dövründə bank 519 manat faiz, 989 manat cərimə hesablayıb. Bu özbaşnalıq deyilmi? Sərt karantn rejimində iş olmayan vaxtda mən bu qədər faizi necə ödəyəcəm? Üstəlik bank tərəfindən zaminlərə də təyziqlər göstərilir.
Mən məhkəmədən ədalətli qərar gözləyirəm. Mənə yazılan qanunsuz cərimə və faiz silinməlidir.”

Bankın vətəndaşa hesabladığı cərimə və faizlər
Qeyd edək ki, Mərkəzi Bank koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib.
Biznes və istehlak təyinatlı kreditlərin (əsas və ya faiz borcu) tam və ya qismən gecikdirilməsi halında 30 sentyabr 2020-ci ilədək borcludan cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmaması nəzərdə tutulub.
Mərkəzi Bankın qərarını şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a deyib ki, istehlak kreditləri üzrə sentyabr ayının 30-dək gecikmiş əsas borc və yaxud faiz ödənişləri ilə bağlı cərimə və dəbbə pulu hesablanmayacaq: "Mart-sentyabr ayları ərzində gecikmiş borclarla bağlı banklar tərəfindən məhkəmələrə müraciətlər edilməyəcək.
Oxu24.com saytı idialarla bağlı Access Bankla da əlaqə saxlayıb.
Bankın mövqeyini təqdim edirik:
Müştəri Həsənov Abbas Əlağa oğlu 2019-cu ildə “AccessBank”dan biznes məqsədilə kredit götürüb. Pandemiya səbəbindən onun kredit ödənişində gecikmələr yaşanıb. Ona, 2 komanda - mikrokredit müştəriləri ilə iş və problemli kreditlərin həll edilməsi komandaları tərəfindən kreditinin restrukturizasiyası təklif edilsə də, müştəri bu təkliflərdən imtina edib. Daha sonra ona Bank tərəfindən hesablanmış cərimə və faizlərin tamamilə silinməsi və əsas məbləğə qismən güzəşt edilərək kreditin bağlanması təklif edilib. Müştəri ilk olaraq, bu həllə razılaşsa da, daha sonra tərəfindən hər hansı addım atılmayıb. Ona kreditlə bağlı xatırlatma etdikdə işi məhkəməyə göndərməyi təklif edib.
Oxu24.com saytı məhkəmə prosesini diqqətdə saxlayacaq.
Aynurə Məcidova
Oxu24.com
01:34 / 13 Noyabr 2026
91
00:49 / 13 Noyabr 2026
83
00:18 / 13 Noyabr 2026
83
00:17 / 13 Noyabr 2026
102
23:53 / 12 Noyabr 2026
528
23:51 / 12 Noyabr 2026
90
23:40 / 12 Noyabr 2026
135
23:34 / 12 Noyabr 2026
94
23:24 / 12 Noyabr 2026
570
23:20 / 12 Noyabr 2026
94
23:19 / 12 Noyabr 2026
103
23:18 / 12 Noyabr 2026
101
23:12 / 12 Noyabr 2026
97
23:03 / 12 Noyabr 2026
100
23:02 / 12 Noyabr 2026
200
22:59 / 12 Noyabr 2026
98
22:55 / 12 Noyabr 2026
112
22:49 / 12 Noyabr 2026
135
22:40 / 12 Noyabr 2026
108
22:24 / 12 Noyabr 2026
175
22:21 / 12 Noyabr 2026
111
22:13 / 12 Noyabr 2026
124
21:55 / 12 Noyabr 2026
112
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.